Icma.az
close
up
RU
Menu

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Bakıda 28 istiqamətdə sıxlıq var

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

57 yaşlı Cennifer Lopez belə formada qalır

Arzusu çin olmayan 27 sentyabr şəhidimiz Sonuncu zəngdə atasına nələr deyib?

Arzusu çin olmayan 27 sentyabr şəhidimiz Sonuncu zəngdə atasına nələr deyib?

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Sentyabrın 27-si... Vətən sevgisi ilə alışıb sinəsini irəli verən o oğullar üçün bu tarix ömrün sonu deyil, əbədiyyətə qovuşduğu unudulmaz bir başlanğıcdır.

Həmin oğullar sırasında Toğrul Abbasov da var idi. O, müharibənin ilk anlarında qabaqda oldu, öndə getdi.

Vətən müharibəsinin ilk şəhidlərindən olan Toğrulun atası Bayram bəy Modern.az-a oğlunun qəhrəmanlığından danışıb:

"Anasını kiçik yaşda itirmişdi. Həmişə mənə yoldaş, dəstək olardı. Toğrul haqqında həmişə deyirdilər ki, maşallah ağıllı, kamallı uşaqdır. Mən onunla uşaqlıqdan fəxr etmişəm. O qədər ağıllı idi ki, böyüklərin də yanında hörmət qazanmışdı".

Atası Toğrulun uşaqlığından danışarkən xüsusilə vurğulayır ki, Toğrul torpaqlarımızın işğal altında olması ilə barışa bilmirdi. O, uşaqlıqdan çox igid, mərd, cəsur bir oğul olub:

"Hərbi xidmətini başa vurub gələndən sonra evləndi, işlədi. 5 ay idi işləyirdi, gəldi mənə dedi ki, "ata, mən burda qalmaq istəmirəm. Torpaqlarımız işğal altındadır. Mən orduda çalışacam. Gün gələcək, torpaqları alacağıq, bu xəbəri də özüm sənə verəcəm".

Ancaq Toğrulun şəhadətə ucalma xəbəri atasına gəlib çatdı. Qələbə qazanıldı, torpaqlar işğaldan azad olundu, Toğrulun arzusu reallaşdı. Ancaq bir fərqlə… Bu xəbəri atasına özü çatdıra bilmədi. Xəbəri çatdıra bilməsə də, vətən yolunda 44 günlük şücaətin ilk səhifəsində adını tarixə yazdı.

"26-sı axşamı Toğrul zəng elədi. "Ata, biz qabağa gedirik. İnşallah torpaqları alacağıq. Mənə görə məyus olma, özünüzə yaxşı baxın. Allah amanında".

Bu bizim son danışığımız oldu. 27-si icradan gəlib məlumat verdilər. Oğlum şəhid olmuşdu. Bir anlıq elə bildim qolum-qanadım sındı. Bir ata olaraq Toğrul kimi oğulu itirmək dünyamı qaraltdı. Amma mən fəxr eləyirəm, mənim oğlum vətən yolunda, torpaqların azad olması uğrunda şəhid olub, vətən sağ olsun".

Hər il sentyabrın 27-si qəlbində eyni acı, eyni sızı. Toğrul uşaqlıq arzusunu şəxsən özü reallaşdırdı. O torpaqlarda vuruşdu. Ancaq azad olunan torpaqlarımızda şad, firavan gəzmək nəsib olmadı.

Toğrul Abbasov, uşaqlıqdan azad görmək istədiyin torpaqlar sənin kimi oğullar sayəsində azaddır. Gələcək nəsillərə miras qoyduğunuz bu şücaətli tarixi yaşatmaq hamımızın borcudur.

44 səhifəlik kitabın ilk səhifəsindəki qəhrəman, ruhun şad olsun!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Sentyabr 2026 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see313

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see310

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see305

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see302

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see280

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see266

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see264

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see260

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see254

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see254

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see252

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see250

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see237

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see231

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see225

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see224

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see213

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see212

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see195

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri