Aşağı yaş qrupu üzrə şagirdlərin riyaziyyat fənnindən beynəlxalq olimpiadalara hazırlıq dərslərinin tarixləri açıqlanıb
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 31 oktyabr, AZƏRTAC
Hər il olduğu kimi cari tədris ilində də riyaziyyat fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq dərsləri 3 yarımqrup üzrə davam etdirilir.
Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, ilkin mərhələyə respublika fənn müsabiqələri qalibləri, aşağı yaş qrupu üzrə 2 mərhələli seçmə imtahanın qalibləri və yuxarı yaş qrupu üzrə respublika fənn olimpiadaları qalibləri arasında keçirilən seçmə imtahanında yüksək nəticə göstərmiş şagirdlər dəvət olunurlar.
Aşağı yaş qrupu üzrə dərslərin keçirilməsində əsas məqsəd cari tədris ilində Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında komandamızın yüksək nəticə göstərməsini təmin etməkdən, növbəti illərdə daha yüksək yaş qrupuna hazırlıq üçün möhkəm təməllərin qoyulmasından ibarətdir.
Riyaziyyat fənni üzrə aşağı yaş qrupu üzrə (8-ci və 9-cu sinif şagirdləri ilə) dərslər həftənin çərşənbə (saat 15:00-18:20) və şənbə (saat 10:00-13:20) günlərində Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzində təşkil olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 31 Oktyabr 2025 16:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















