Icma.az
close
up
RU
Bu qarışımı içsəniz, qışda heç xəstələnməyəcəksiniz

Bu qarışımı içsəniz, qışda heç xəstələnməyəcəksiniz

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qış aylarında H3N2 qripi, Covid-19, RSV və rinovirus kimi infeksiyaların yayılması sürətlənib. Mütəxəssislər xəstəlik zamanı düzgün qidalanmanın immunitetin qorunmasında mühüm rol oynadığını bildirirlər.

Milli.Az xəbər verir ki, The Telegraph qəzeti Böyük Britaniyada tanınmış beş mütəxəssisdən xəstələndikləri zaman hansı qidaları seçdiklərini soruşub. Cavablar göstərir ki, onların üstünlük verdiyi əsas qidalar sadə, isti və orqanizmi dəstəkləyən məhsullardır.

Qidalanma araşdırmaları üzrə mütəxəssis Dr. İdris Muğa "super qida" anlayışına inanmadığını bildirərək əsas seçiminin toyuqlu qarğıdalı şorbası olduğunu deyib. Onun sözlərinə görə, bu yemək həm enerji verir, həm də maye balansını qoruyur. Boğaz ağrısı zamanı bal qatılmış ilıq nanə çayı içən mütəxəssis, mədə zəiflədikdə isə yüngül dənli gevrek və qaynadılmış yumurtaya üstünlük verir.

Təqaüddə olan döş xərçəngi cərrahı Dr. Liz O'Riordan xəstələndiyi zaman isti meyvə şirələri və hazır smuzilər qəbul etdiyini bildirib. O, C vitamini mənbəyi kimi portağal və alma yediyini, bağırsaq sağlamlığı üçün isə evdə hazırladığı turş mayalı çörəyi seçdiyini qeyd edib. Həkimin fikrincə, rahatladıcı yeməklər sağalma prosesinə müsbət təsir göstərir.

Qastroenteroloq Dr. Alan Desmond immunitet sisteminin təxminən 70 faizinin bağırsaqlarla əlaqəli olduğunu xatırladıb. O, tərəvəz suyu ilə bişirilmiş mərcimək və kök şorbalarını, həmçinin zəncəfil, zərdəçal və qara bibər kimi ədviyyatları tövsiyə edir. Desmond hesab edir ki, toyuq şorbasının faydası əsasən tərkibindəki tərəvəz və ədviyyatlardan qaynaqlanır.

Ailə həkimi Dr. Filippa Key xəstəlik zamanı vəziyyətinə uyğun olaraq aşağı lifli qidalar - ağ çörək, ağ düyü və alma püresi yediyini deyib. O, limonlu və ballı içkilərin həm enerji verdiyini, həm də psixoloji rahatlıq yaratdığını vurğulayıb.

İmmunologiya üzrə mütəxəssis Dr. Jenna Maçoki qış aylarında müxtəlif şorbalara üstünlük verdiyini bildirib. Onun sözlərinə görə, soğan, sarımsaq, kök və otlarla hazırlanmış ev üsulu toyuq suyu, eləcə də mürver şərbəti immunitet üçün faydalıdır. Mürverin C vitamini və flavonoidlərlə zəngin olduğu, soyuqdəyməyə qarşı təsir göstərdiyi qeyd olunur.

Mütəxəssislər yekdilliklə bildirirlər ki, qış mövsümündə isti şorbalar, təbii içkilər və bağırsaq dostu qidalar immuniteti gücləndirir və xəstələnmə riskini azaldır.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:311
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 16 Dekabr 2025 05:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri