Icma.az
close
up
RU
“ASAN İmza” sertifikatı alanların sayı niyə artıb?

“ASAN İmza” sertifikatı alanların sayı niyə artıb?

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 560 169 “ASAN İmza” elektron imza sertifikatı verilib.

Bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 55,6 % çoxdur.

Hesabat dövründə “ASAN İmza” 350 935 müraciət üzrə təqdim olunub ki, bu da, illik müqayisədə 44,6 % çoxdur.

Maraqlıdır, Azərbaycanda “ASAN İmza” elektron imza sertifikatının sayı niyə artır?

Məsələ ilə bağlı iqtisadçı-alim Vüqar Qocayev “Cebheinfo.az”-a açıqlamasında deyib ki, bu gün sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin sayının artması məhz “ASAN İmza” istifadəçilərin sayını artırıb:

““ASAN İmza” (Mobil ID) texnologiyası vətəndaşa mobil telefonu elektron imza vasitəsi kimi istifadə etməklə müxtəlif dövlət və özəl qurumların onlayn elektron xidmətlərindən yararlanmaq və sənədləri imzalamaq imkanını təqdim edir. Bu gün “Asan İmza” (Mobil ID) Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir.

"ASAN İmza" vətəndaşlara, dövlət və yerli özünüidarəetmə orqanlarının əməkdaşlarına, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə təkmil sertifikatlar təqdim etmək hüququna malikdir.

Fiziki şəxslər üçün elektron imza sertifikatları şəxsi istifadə üçün nəzərdə tutulub. Hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün nəzərdə tutulan elektron imza sertifikatları isə kommersiya və ya dövlət təşkilatını təmsil etmək və onun adından çıxış etmək səlahiyyətləri verir.

Bildirim ki, "ASAN İmza"-nın abunə haqqı əvvəllər 1 manat idisə, hazırda 2,50 qəpik təşkil edir. Bu sistemə qoşulma haqqı isə 18 manatdır”.

Ekspert qeyd edib ki, tezliklə dövlət qulluğunda çalışan əksər işçilərin “ASAN İmza” elektron imza sertifikatına cəlb olunması gözlənilir:

“Dövlət işində çalışan işçilərin bir çoxunun "ASAN İmza" və elektron imza sertifikatları var. Bu gün elektron imza sertifikatının alınması hər kəs üçün əlçatan olması ona olan marağı artırıb”.

Həsən Məmmədov
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:224
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Dekabr 2024 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see301

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see273

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see270

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see255

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see246

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see246

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see245

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see238

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see230

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see229

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see220

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see212

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see211

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see210

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see202

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see200

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see196

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see195

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri