ASAN İnnovativ İnkişaf Mərkəzi regionlarda “Süni İntellekt Savadlılığı” proqramına start verdi FOTO
Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzi süni intellekt biliklərinin genişləndirilməsi məqsədilə “Süni İntellekt savadlılığı” proqramının icrasına başlayıb. Proqram, vətəndaşların rəqəmsal bacarıqlarının artırılmasına və süni intellektdən məsuliyyətli istifadənin təşviqinə xidmət edir.
Redaktor.az xəbər verir ki, proqramın ilk mərhələsi Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində həyata keçirilib. Şuşa regional “ASAN xidmət” mərkəzinin əməkdaşları, Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi, həmçinin “Şuşa Hotel”in əməkdaşları və könüllü müraciət edən əməkdaşlar üçün praktiki süni intellekt təlimləri 4 fərqli qrup üzrə təşkil olunub. Təlimlərdə 100-dən artıq iştirakçı iştirak edib.
Təlimlər zamanı iştirakçılara süni intellektin gündəlik fəaliyyətlərdə tətbiqi, iş proseslərinin optimallaşdırılması, məhsuldarlığın artırılması və müasir rəqəmsal bacarıqların inkişafı ilə bağlı nəzəri və praktiki biliklər təqdim olunub.
Proqram “İnnovasiyalar Mərkəzi” ilə “Atəşgah” Sığorta Şirkəti ASC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu çərçivəsində icra olunur. Bu əməkdaşlıq nəticəsində Bakıda AI Zone təlim mühiti yaradılıb və indiyədək 30 qrup üzrə 1000-dən çox vətəndaşa süni intellekt üzrə praktiki təlimlər keçirilib. Həmin təcrübə hazırda regionlarda da tətbiq edilərək süni intellekt savadlılığının artırılmasına yönəldilir.
ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən həyata keçirilən “Süni İntellekt Savadlılığı” proqramı növbəti mərhələlərdə ölkənin digər regionlarını da əhatə edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 01 Dekabr 2025 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















