“ASAN Xidmət”in “İnnovasiyalar Mərkəzi”nin rəhbərliyinə müvəqqəti təyinat olub
Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (“ASAN Xidmət”) məxsus “İnnovasiyalar Mərkəzi” MMC-nin rəhbərliyinə müvəqqəti təyinat olub.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, şirkətə rəhbərlik Vüsal Rüstəmova həvalə edilib.
O, indiyə qədər “İnnovasiyalar Mərkəzi”nin direktor müavini olub, şirkətin rəhbərliyində bu günlərdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “AzinTelekom” MMC-nin direktor əvəzi təyin olunmuş Tağı Tağızadəni əvəz edib.
Xatırladaq ki, “İnnovasiyalar Mərkəzi” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 100 manatdır. Şirkət Azərbaycanda sənaye, maliyyə, elm-təhsil və digər sahələrdə informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi və onlara texniki dəstəyin verilməsini, informasiya sistemlərinin və informasiya ehtiyatlarının yaradılmasını və təkmilləşdirilməsini həyata keçirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 01 Fevral 2026 04:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















