Icma.az
close
up
RU
“ASAN xidmət”in yeni ünvanı Amerika qitəsi

“ASAN xidmət”in yeni ünvanı Amerika qitəsi

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bütün istiqamətlərdə müasirləşmə yolu ilə inamla irəliləyən Azərbaycanın hökumət idarəçiliyi sahəsində yaratdığı  nümunəvi “ASAN xidmət” modelinə beynəlxalq səviyyədə maraq getdikcə artır.  Ölkə daxilində vətəndaşların məmnunluq səviyyəsi 100 faizə yaxın olan “ASAN xidmət” artıq dünyada Azərbaycanın intellektual brendi kimi tanınır. Ayrı-ayrı ölkələr məmnuniyyətlə bu təcrübənin tətbiqinə başlayıblar. Daha bir beynəlxalq müqavilə isə bu günlərdə Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun ölkəmizə səfəri çərçivəsində imzalanıb. Belə ki, fevralın 12-də  “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Somali Federativ Respublikasının Prezidentinin Ofisi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Somali Prezident Aparatının rəhbəri Abdihakim Mohamed Yusuf mübadilə ediblər.

Eyni zamanda, Dünya Hökumətlər Sammiti çərçivəsində Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Kolumbiyanın müvafiq sahə üzrə fəaliyyət göstərən qurumu arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bununla da “ASAN xidmət” ilk dəfə Amerika qitəsində olacaq.

Azərbaycanın intellektual brendi

Respublikamızda “ASAN xidmət” dövlət idarəçiliyi sahəsində islahatların tərkib hissəsi kimi həyata vəsiqə alıb. Prezident İlham Əliyevin müvafiq fərmanı əsasında 2012-ci il iyulun 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılıb və onun tabeliyində olan “ASAN xidmət” mərkəzləri fəaliyyətə başlayıb. “ASAN xidmət”in respublikamızda yüksək populyarlıq qazanması üçün böyük zaman kəsiyi lazım gəlməyib. Bakıda pilot layihə kimi əsası qoyulan “ASAN xidmət” mərkəzləri özünü doğruldub və respublikamızda qısa müddətdə bu şəbəkənin coğrafiyası regionlara doğru genişlənib. Növbəti “ASAN xidmət” mərkəzlərindən biri isə Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərimizdə - Şuşada yaradılıb. Prezident İlham Əliyev 2024-cü il iyulun 5-də işğaldan azad olunmuş ərazilərə növbəti səfəri çərçivəsində Şuşa şəhərində Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib.

“ASAN xidmət” mərkəzlərinin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri üzərində qurulub. Bu mərkəzlərin yaradılmasında qarşıya aşağıdakı məqsədlər qoyulub:

* vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalması;

* vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinə nail olunması;

* peşəkarlıq səviyyəsinin artırılması;

* dövlət strukturlarına etimadın daha da gücləndirilməsi;

* şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi;

* elektron xidmətlərdən daha geniş istifadə olunması;

* bu sahədə aparılan institusional islahatların səmərəliliyinin artırılması.

 “ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 360-dan çox, “ASAN Kommunal” mərkəzlərində isə “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İB tərəfindən 55 növ xidmət göstərilir. 2024-cü il 3 dekabr tarixində  “ASAN xidmət”ə 80 milyonuncu vətəndaş müraciətinin qeydə alınması ilə bağlı tədbir keçirilib. Bu müraciət 3 saylı “ASAN xidmət” mərkəzinə Könül Hadıyeva tərəfindən edilib. O, Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən doğumun qeydə alınması xidmətindən yararlanıb. 80 milyonuncu müraciətin sahibi kimi  Könül Hadıyevaya təşəkkürnamə və ABAD-çı tərəfindən hazırlanmış simvolik hədiyyə təqdim olunub.

Sayca 25-ci beynəlxalq müqavilə

Azərbaycanın intellektual brendinin ayrı-ayrı ölkələrdə tətbiqi də uğurlu nəticələr verir. “ASAN xidmət” modeli əsasında Əfqanıstanda dövlət xidmətlərinin göstərilməsi sahəsində eyniadlı qurum təsis edilib. Bundan başqa, İtaliya, Koreya Respublikası, Fransa, İndoneziya, Monteneqro ilə əməkdaşlığa dair Anlaşma memorandumları imzalanıb. 2014-cü ildə “ASAN xidmət” İSO 9001:2008 və OHSAS 18001:2007 standartları üzrə beynəlxalq dərəcəli sertifikatlara layiq görülüb. “ASAN xidmət”, həmçinin Britaniya Əməyin Mühafizəsi Şurası tərəfindən beynəlxalq müsabiqənin qalibi olub. Qurum 2015-ci ildə BMT-nin “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında 1-ci yerə layiq görülərək xüsusi mükafat və diplomla təltif olunub. Bundan başqa, ICESCO-nun 2019-2021-ci illər üzrə üçillik fəaliyyət planında üzv ölkələrdə sektoral idarəçilik mexanizminin inkişaf etdirilməsi məqsədilə dövlət idarəçiliyi sahəsində Azərbaycanın “ASAN xidmət” modelindən faydalanmaq tövsiyə olunub. 2023-cü il aprelin 3-də Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 52-ci sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə “Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və Davamlı İnkişaf Məqsədlərinin təşviqi” adlı qətnamə yekdilliklə qəbul edilib. Qətnaməyə 65 dövlət, o cümlədən ABŞ, Çin, Yaponiya, Avropa İttifaqı üzv dövlətləri, Avstraliya, Kanada, eləcə də Afrika, Asiya və Amerika qitələrini təmsil edən ölkələr həmmüəllif qismində qoşulublar. 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi İSO 56002:2021 “İnnovasiyalar üzrə İdarəetmə Sistemi” beynəlxalq sertifikatına layiq görülüb. 2025-ci ilin yanvar ayında Dünya İqtisadi Forumunun “Hökumət Texnologiyalarının Qlobal İctimai Təsiri: 9.8 Trilyon dollarlıq bir fürsət” adlı hesabatı dərc olunub. Sözügedən hesabatda ölkəmizdə “ASAN müraciət” informasiya sisteminin vətəndaş müraciətlərinin cavablandırılması və həllində, habelə müasir texnologiyalar vasitəsilə şəffaflığın təşviq edilməsində mühüm rol oynadığı qeyd edilir.

Perspektivdə Azərbaycanın intellektual brendinin dünyada əhatə edəcəyi coğrafiyaların daha da genişlənəcəyi gözlənilir. 2025-ci ilin yanvar ayında “ASAN xidmət” təcrübəsinin Pakistanla paylaşılmasına dair razılıq əldə edilib. Həmçinin Ruanda və bir sıra digər dövlələr də bu təcrübə ilə yaxından maraqlanırlar.

Bütövlükdə artıq “ASAN xidmət” modelinin ixracı ilə bağlı imzalanan sazişlərin sayı 25-ə çatıb. Yeni imzalanan memorandum “ASAN xidmət” təcrübəsinin Kolumbiyada tətbiqini, eləcə də kolumbiyalı dövlət qulluqçuları üçün “ASAN xidmət” mərkəzlərində təcrübə proqramlarının təşkilini, həmçinin Dövlət Agentliyinin ekspertləri tərəfindən dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübənin Kolumbiya tərəfi ilə paylaşılmasını nəzərdə tutur. Beləliklə, dövlət xidmətlərinin göstərilməsi sahəsində ölkəmizin intellektual brendi olan “ASAN xidmət” təcrübəsi Avropa, Asiya və Afrika qitəsindən sonra Amerika qitəsində də tətbiq olunacaq.

Mübariz ABDULLAYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:265
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Fevral 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see469

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see353

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see296

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see284

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see253

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see250

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see246

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see240

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see230

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see207

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see207

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see204

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see196

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see195

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see192

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri