Asəf Çopurov bundan sonra Rusiyanı təmsil edəcək
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan əsilli MMA döyüşçüsü Asəf Çopurov bundan sonra yarışlarda Rusiyanı təmsil edəcəyini açıqlayıb
İdman.Biz xəbər verir ki, 24 yaşlı Çopurov sosial şəbəkə hesabında Volqoqradda anadan olduğunu, orada böyüdüyünü və idmançı kimi inkişafı üçün Rusiyada bütün imkanların yaradıldığını bildirib.
“Volqoqradda anadan olmuşam, təbii olaraq orada böyümüşəm. Buna görə də mənə bütün inkişaf imkanlarını verən ölkəni təmsil etməyə qərar verdim. Mənə verdiyi hər şeyə görə Rusiyaya təşəkkür edirəm”, – deyə Çopurov qeyd edib.
Bununla yanaşı, “Honey Badger” ləqəbli döyüşçü Azərbaycan dilində etdiyi paylaşımda onu dəstəkləyən həmvətənlərinə də təşəkkür edib.
“Üzüldüyüm anlarım oldu, amma şikayət etməyi sevmirəm. Mən öz dəstəyini göstərən vətənim insanlarına təşəkkür etmək istəyirəm”, – deyə o bildirib.
Qeyd edək ki, Asəf Çopurov peşəkar MMA karyerasında keçirdiyi 11 döyüşün hamısında qələbə qazanıb və məğlubiyyət yaşamayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 26 Avqust 2026 23:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















