“Asfalt Raqib” məhkəməni uduzdu 100 hektar meşəni geri qaytaracaq
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkərandakı məşhur Haftoni meşəsində icarə müqaviləsinin şərtlərinə zidd olaraq 100 hektar ərazidə bağ salan şəxsə qarşı müqaviləyə xitam verilməsi iddiasına Ali Məhkəmədə baxılıb.
“Qafqazinfo” “Ecofront” səhifəsinə istinadən xəbər verir ki, iş adamı Raqib Məmmədova qarşı qaldırılan iddia təmin edilib və icarə müqaviləsi ləğv olunub.
Bildirilib ki, daha öncə onun icarə müqaviləsindən kənar məhv etdiyi 27 hektar meşə ərazisi geri qaytarılmışdı.
Qeyd edək ki, bir müddətdir “Ecofront” Haftoni meşəsinin məhv edilməsinə qarşı kampaniya aparırdı. Onların mübarizə apardığı Raqib Məmmədov Lənkərandakı asfalt zavodunun sahibidir və “Asfalt Raqib” adı ilə tanınır.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 23 Sentyabr 2025 11:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















