Asfaltı qazıb sakinləri narazı SALANLARDAN VƏD: Ən qısa zamanda... VİDEO
Icma.az, Avtosfer saytına istinadən bildirir.
Hövsan qəsəbəsində yerləşən Elman Qasımov küçəsindəki binanın sakinləri yaşadıqları həyətin qazıldıqdan sonra bərpa edilməməsindən şikayətçi olublar.
Belə ki, bir müddət əvvəl küçədə yerləşən binanın istilik borularını dəyişmək məqsədilə asfalt qazıntı işləri aparılıb. Lakin işlər yekunlaşdıqdan sonra asfaltın bərpa edilməməsi sakinlərin haqlı narazılıqlarına səbəb olub. Avtosfer.az xəbər verir ki, məsələ sosial şəbəkədə müzakirə mövzusu olub. Sakinlər bildiriblər ki, qanunvericiliyə əsasən, bu cür qazıntı işləri aparılan zaman aidiyyəti qurumlar ərazini əvvəlki vəziyyətinə qaytarmalıdırlar. Təəssüf ki, Hövsan qəsəbəsindəki bu küçədə həmin qaydalara əməl edilməyib və asfaltın yarımçıq qalması sakinlərin gediş-gəlişində ciddi çətinliklər yaradıb.
Məsələ ilə bağlı "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı da Oxu.az-a açıqlamasında bildirib ki, sözügedən həyətin asfalt örtüyü bərpa ediləcək.
"Bir neçə gün əvvəl axıntı qeydə alınan xətdə təmir-bərpa işləri aparılması üçün həmin küçədə qazıntı işləri aparılıb. Hava şəraiti ilə əlaqədar boruların üstü örtülsə də, asfaltlanmayıb. Bu gün, yaxud sabah, yəni ən qısa vaxtda həmin ərazi asfaltlanacaq. Əlbəttə ki, hər hansı qazıntı işi aparılırsa, sonra həmin ərazi asfaltlanmalıdır. Amma yağışlı havalarla əlaqədar asfalt örtüyü vurulmamışdı. Bir daha qeyd etmək istəyirəm ki, bu gün, ya sabah bu məsələ öz həllini tapacaq, qazılan yerə asfalt vurulacaq", - deyə E.Basqallı bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 24 Dekabr 2024 18:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















