Icma.az
close
up
RU
Menu

Valdas Dambrauskas: “Komandama inanıram”

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

Ruslar üçün inflyasiya qumbarası...

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

“Faiz haramdır“dan 50% lik faizə...

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

Bəzi rayonlarda işıq olmayacaq

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

Azərbaycanda baş həkim vəfat edib

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

İnam ATA (Asif Ata) NOVRUZLUĞUMUZ

İnam ATA (Asif Ata) NOVRUZLUĞUMUZ

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

İnam Atanın (Asif Atanın) “Novruzluğumuz” içsəsində Novruzun mahiyyətində duran, Azərbaycan Novruzunun bənzərsizliyini, özümüzəməxsusluğunu təsdiq edən ruhsal Odun ənənə xəttinın qırılmazlığı əsaslandırılır. Tanrıçılıqdan gələn, Zərdüştlükdə ilkin mənalandırılan, sonrakı dəyərlərimizdə də yaşadılan Novruz mahiyyəti Ulusal özümlüyümüzün mayasında durur.

Bu gün Novruzun mahiyyətinin, izlərinin qədimdən üzü bəri ruhumuzda yaşamasının, aşıq sənətintdə, muğamatda və s. yaşamasının əsasında Zərdüşt tərəfindən ideyanın sistemləşdirilməsi durur.

Atanın Fəlsəfəsində qədimdən gələn bu ideyanın tamam bənzərsiz inkişaf etdirilməsi, Mütləqə İnam Fəlsəfəsinin mahiyyətində ifadə edilməsi Ulusal Ruhumuzun qırılmazlığı, Bəşəri ənənəyə layiqliyimiz – örnəkliyimiz deməkdir.

Atanın “Novruzluğumuz” içsəsi ilə yanaşı “Sazlığımız – Tanrıçılığımız” içsəslərini “Türküstan”ın sayğılı oxucularına sunuram. Bu yazılar birbaşa Novruz ruhunu bizə yetirir, ulusal yaşamağın əsaslarını öyrədir…

SAYĞIYLA: İŞIQLI ATALI

***

İNAM ATA (ASİF ATA)

NOVRUZLUĞUMUZ

(Fəlsəfi-bədii məqam)

I

Zərdüştlüyümüz – Oda tapınmağımız, işıqlanmağımız, təzələnməyimiz, təmizlənməyimiz.

Hürmüzdlüyümüz – Əhrimənlə döyüşümüz, qaranlığı yarmağımız - müqəddəs Fikrə, Sözə, Əmələ yüksəlməyimiz.

Daxildən yetişən əsilliyimiz, əzəli yanmağımız, vəcdli idrakımız, inamımız.

Xəbislikdən, hərislikdən, həsəddən, qorxudan xilasımız.

...Ayrıldıq Zərdüştlüyümüzdən, özümlüyümüzdən, qapıldıq, qatıldıq qəzavü-qədərə, cənnətə-cəhənnəmə - o dünyaya, hurilərə - pərilərə - özgələşdik – Özümüzə qayıtmaq gərək!

II

Babəkliyimiz – Yenilməzliyimiz, əyilməzliyimiz; nəhəng yağıyla döyüşümüz, fərəhimiz, qəhrəmani müdikliyimiz, cəngavər idrakımız, İnamımız.

Dəhşəti sarsıtmağımız – Üz Ağlığımız.

Oda bənzərliyimiz – bənzərsizliyimiz.

Daxili şirvinliyimiz - ilkinliyimiz.

...Ayrıldıq Babəkliyimizdən, özümlüyümüzdən – parçalandıq, paralandıq, rəiyyətləşdik, özgələşdik –özümüzə qayıtmaq gərək!

III

Qorqudluğumuz – Od Ruhluğumuz, Ağsaqallığımız, Nəsilliyimiz, Dədəliyimiz.

Ulu Ada çatmağımız, hünər qaynağımız, özüllüyümüz, ulusluğumuz.

Qocalığımız – Ucalığımız.

...Ayrıldıq Qorqudluğumuzdan: Özümlüyümüzdən, Yetimləşdik, Özgələşdik – özümüzə qayıtmaq gərək!

IV

Nəsimiliyimiz – Əzəli İlahiliyimiz, İnsaniliyimiz, İnsandan başqa Allah tanımamağımız – Göyləşən Yer, ənəlhəq ləyaqəti, dönməzlik ənənəsi.

...Ayrıldıq Nəsimilikdən, İlahilikdən: - adiləşdik – özümüzə qayıtmaq gərək!

V

Füzuliliyimiz – Aşiqliyimiz, Mütləq Gözəlliyimiz, Ülvi Fəryadımız, Qəm İşığı, Dərd Odu, əbədi şamlığımız, müqəddəsləşən göz yaşımız.

...Ayrıldıq Füzuliliyimizdən: yadlaşdıq – yağılaşdıq – özümüzə qayıtmaq gərək!

VI

Muğamlığımız – Pillə-pillə artmağımız, kamilliyə qalxmağımız, harayımız, ehtizazımız, həsrətimiz, heyrətimiz, Mütləqə qovuşmağımız.

...Ayrıldıq muğamlıqdan – loğmanlıqdan – hərcayiləşdik, özgələşdik – özümüzə qayıtmaq gərək!

VII

Sazlığımız – Qüvvətlə Zərifliyin birliyi, Qılınc şaqqıltısı və ləlimək; həm Cəngavərlik, həm sevgi; həm dəyanət, həm riqqət.

...Ayrıldıq Sazlığımızdan: nasazıq əslində. Özümüzə qayıtmalıyıq – təzədən köklənməliyik...

VIII

Novruzumuzdan Zərdüşt İşığı götürün, Dədə Qorqud Ağsaqqallığı götürün, Babək Hünəri götürün, Nəsimi Vüqarı götürün, Füzuli Heyrəti götürün, Muğam Hikməti götürün, Saz Mətanəti götürün!

NOVRUZUMUZDAN NOVRUZLUQ GÖTÜRÜN!

12 Günəş ayı, 10-cu il, Bakı (12 mart 1990-cı il).

***

İNAM ATA (ASİF ATA)

SAZÇILIĞIMIZ – TANRIÇILIĞIMIZ

1. Göy Yolu

Türklərin Tanrısı Göy idi.

Ucalıq Tanıyırdılar, Ucalığa Tapınırdılar Türklər.

Saz – Türkün Göy Yoluydu. Türk Sazında Göylə Birləşirdi – Bir olurdu.

2. “Ruhani”

Türk Tanrısını Oxşayırdı, Tanrısının başına dolanırdı.

Tanrı Türkün həm Babasıydı, həm Balasıydı.

Tanrısını əzizləyirdi Türk.

Əzizlədikcə, oxşadıqca həsrəti artırdı, heyrəti artırdı, – alışırdı, yanırdı.

Alışdıqca, yandıqca Tanrıya çatmaq qətiyyəti artırdı.

Ehtiras Ehtizazlaşırdı.

Ruh Rəqs eləyirdi və Uçurdu.

Tanrısına çatırdı və Alovlanırdı.

3. “Yanıq Kərəm”

Türk aramsız Tanrı Oduna Yanırdı.

Sinəsində Od közərirdi.

Həsrətdə, heyrətdə qovrulurdu.

Əzab işığına Qərq olurdu.

Yanar İşıq olurdu – Yana-yana qalırdı.

4. “Cəlili”

Havalanırdı Türk Ucalıq Şövqündən.

Sitəmlə birləşirdi Şövq.

Sitəmli Şövq yaranırdı hava-hava dalğalanan.

Ruhun Təlatümü başlayırdı – Yanğılı, Ağrılı.

Yanğılı Şövq yaranırdı, Yanğın Şövqü yaranırdı – havalanan.

5. “Misri”

Dəyanət gərək olurdu Tanrıçıya.

Qətiyyət Tələb olunurdu.

Oxşama səslənirdi Dəyanətdə.

Nəvaziş səslənirdi, Zəriflik səslənirdi Möhtəşəmlikdə.

Yanğılı, Ağrılı Dəyanət yaranırdı.

Qılınc şaqqıltısı səslənirdi Dəyanətdə, həm də ləlimək.

İstəkliyə çatmaq dəyanəti səslənirdi Yanğılı, Ağrılı.

Yanğı Dəyanəti yaranırdı.

Oxşama Dəyanəti yaranırdı.

Zəriflik Dəyanəti yaranırdı.

Dəyanət alışıb-yanırdı.

6. “Qaraçı”

Göy cəzbinə çağırılır Türk; – Göy cəzbinə çağırır.

Çağırıldıqca çağırır.

Qətiyyətlə çağırılır, çağırır.

Aramsız çağırılır, çağırır.

Yandıra-yandıra çağırılır, çağırır.

Yanğıya çağırılır, çağırır.

Ağrıya çağırılır, çağırır.

Yanğı çağırır.

Ağrı çağırır.

7. Saz – Zərdüştçülük

Göy – İşıq məskənidir. Sazın Tanrısı – Göydür.

Zərdüştlə Qohumdur Saz – Hürmüzd İşığına Təndir.

Yana-yana, Yandıra-yandıra İşıqlandırır.

8. Saz – Xürrəmdinlik

Sazın Göy adlı Fərəhi var – Ağrılı, Yanğılı.

Ucalıq adlı Fərəhi var – Ağrılı, Yanğılı.

Saz – Ülvi Fərəh Yoludur – Ağrılı, Yanğılı; – Fərəhə gedən yoldur;

Fərəhli Yanmaqdır; – Dəyanət İşığıdır, – Fərəhidir.

9. Saz – Qorqudluq

Tanrıya çatmaq – Müdriklikdir.

Saz Tanrıya çatır.

Saz – Od Ruhludur; Qorqud – Od Ruhlu deməkdir,

Qorqud – Ozandır; Göylə – Ucalıqla Təmasdır.

10. Saz – Hürufilik

İnsan – Allahdır, çünki İnsan Ucalığa çata bilir; Göyləşə, İşıqlaşa bilir.

Tanrıya çatanın – Tanrılığı özündədir. Tanrıya çatmaq özünə çatmaqdır.

11. Saz – Füzulilik

Saz – Eşq İşığıdır. Saz və Füzulilik eyni Ahəng üstə köklənib.

Hər ikisi Göy Heyrətlisi, Göy həsrətlisidir.

12. Saz – Muğam

Muğam – İlahiliyə qovuşmaq Yoludur; – Saz – Tanrıya qovuşmaq Yolu…

Mahiyyət – Birdir.

Hər ikisi – Ehtizazlıdır; Ağrılıdır, Yanğılıdır; – Hər ikisində İnsan Göyləşir.

13. Göylük Səsi

Sazda Türk Tanrıçılığı səslənir; Xurafatdan uzaq, Cəfəngiyyatdan uzaq – Ülvi, Atəşin, Göylü.

Qaranlıqlar Yarılsın! Daxilinizdəki Mütləq Sizə yar olsun!

3 Çiçək Ayı, 15-ci il. Bakı (aprel, 1993).

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:397
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 18 Mart 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see319

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see310

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see300

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see284

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see274

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see259

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see249

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see242

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see240

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see226

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see222

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see220

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see220

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see216

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see210

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see205

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see202

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see201

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see188

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri