Icma.az
close
up
RU
Asif İbrahimov: “Azərbaycanda əczaçılıq sənayesi inkişaf mərhələsindədir”

Asif İbrahimov: “Azərbaycanda əczaçılıq sənayesi inkişaf mərhələsindədir”

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu ilin yanvar-fevral ayında Azərbaycanda emal sənayesində 4,5 milyon manat dəyərində əczaçılıq məhsulları istehsal edilib.

Dövlət Statistika Komitəsi xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 47,8% çoxdur.Ötən iki ayda əczaçılıq məhsullarından 1 milyon 924 min manat dəyərində dərmanlar, 1,3 milyon ədəd tibbi maska istehsal edilib.

Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında ərzində ölkə əhalisi əczaçılıq məhsularına və tibbi ləvazimatlara 289,7 milyon manat vəsait xərcləyib ki, bu da 2025-ci ilin eyni dövrünə nisbətən 25,9 faiz çoxdur.

Hesabat dövründə Azərbaycana 88 milyon ABŞ dolları dəyərində 2,6 min ton əczaçılıq məhsulları idxal olunub ki, bu da illik müqayisədə dəyər baxımından 3 %, kəmiyyət baxımından isə 35,3 % azdır. 

Azərbaycandan xarici bazarlara isə 623 min ABŞ dolları dəyərində əczaçılıq məhsulları ixrac edilib ki, bu da illik müqayisədə 19,7 faiz çoxdur.

İqtisadçı-ekspert Asif İbrahimov “Cebheinfo.az”-a bildirib ki, Azərbaycanda əczaçılıq məhsullarının idxalının azalması və yerli istehsalın artması son illərdə diqqət çəkən sevindirici hallardandır:

“Bu proses, dövlətin qeyri-neft sektorunun inkişafına yönəlmiş siyasəti, sənaye parklarında yaradılan güzəştlər və farmasevtika sahəsinə cəlb olunan investisiyalarla bağlıdır.

Xüsusilə sənaye zonalarında fəaliyyət göstərən əczaçılıq müəssisələrinin işə düşməsi yerli istehsalın artımına real təkan verib. Hazırda artım daha çox hazır dərman istehsalı istiqamətində müşahidə olunur. Tablet, kapsul və digər sadə formalı preparatların istehsalı genişlənir.

Lakin reallıq ondan ibarətdir ki, yerli istehsal hələ də əsasən generik dərmanlar üzərində qurulub və yüksək texnoloji, patentli innovativ preparatların istehsalı məhduddur. Yəni bazarda görünən artım daha çox ilkin və orta səviyyəli məhsullar hesabına formalaşır.

Qablaşdırma və köməkçi materialların istehsalında da artım müşahidə edilir. Plastik flakonlar, dərman qabları və digər komponentlərin yerli istehsalı genişlənir. Bundan başqa dərman vasitələrinin istehsalında istifadə olunan xammal xaricdən idxal olunur.

Kimyəvi xammal və yarımfabrikatlar üzrə artım daha məhduddur. Bu da onu göstərir ki, əczaçılıq sənayesinin tam müstəqil və inteqrasiya olunmuş modelə keçidi hələ zaman tələb edir.

Qeyd etdiyim kimi, yerli istehsal artsa da, xammalın əhəmiyyətli hissəsi xaricdən gətirilir və bu da maya dəyərinə təsir edən əsas amillərdən biridir. Qiymətlərə gəldikdə, nəzəri olaraq yerli istehsalın artması ucuzlaşmaya səbəb olmalıdır. Praktikada isə daha çox qiymətlərin sabitləşməsi müşahidə olunur. 

Bunun səbəbi bazarın hələ də idxal məhsullarından ciddi şəkildə asılı qalması, həmçinin istehsalın miqyasının tam böyüməməsi və qiymət siyasətinin mərkəzləşdirilmiş qaydada Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilməsidir. 

Bəzi hallarda yerli dərmanların qiymət baxımından idxal məhsulları ilə ciddi fərq yaratmaması da müşahidə olunur”.

Ekspert qeyd edib ki, hazırda keyfiyyət məsələsi ən həssas məqamlardan biridir:

“Yerli müəssisələrdə beynəlxalq standartların tətbiqi istiqamətində addımlar atılsa da, istehlakçıların bir qismi hələ də idxal dərmanlarına daha çox etibar edir. Bu, həm brend amili, həm də uzun illər formalaşmış bazar vərdişləri ilə bağlıdır. 

Digər tərəfdən, effektiv nəzarət mexanizmlərinin gücləndirilməsi bu sahədə etimadın artmasına səbəb ola bilər. Mövcud reallıqları da nəzərə alsaq bu sahənin daha dayanıqlı inkişafı üçün bir sıra struktur və institusional tədbirlərin həyata keçirilməsi zəruridir.

İlk növbədə, aktiv farmasevtik maddələrin yerli istehsalının təşkili istiqamətində investisiyalar artırılmalıdır. Bu, idxaldan asılılığı azaltmaqla yanaşı, maya dəyərinin aşağı düşməsinə də şərait yaradacaq.

Bununla yanaşı, beynəlxalq keyfiyyət standartlarının, məsələn, Qabaqcıl İstehsal Təcrübəsinin (Good Manufacturing Practice, GMP) tətbiqi daha da genişləndirilməli və bu sahədə nəzarət mexanizmləri gücləndirilməlidir. 

Yerli məhsulların keyfiyyətinə ictimai etimadın artırılması üçün şəffaflıq və monitorinq vacib amillərdəndir. Digər mühüm istiqamət texnologiya transferi və xarici tərəfdaşlıqların genişləndirilməsidir. Aparıcı beynəlxalq əczaçılıq şirkətləri ilə birgə müəssisələrin yaradılması yüksək texnoloji məhsulların istehsalına keçidi sürətləndirə bilər.

Eyni zamanda, elmi-tədqiqat və innovasiya mühitinin inkişafı xüsusi əhəmiyyət daşıyır. Universitetlər, tədqiqat mərkəzləri və sənaye arasında əməkdaşlıq gücləndirilməli, yeni dərman formulalarının hazırlanması təşviq olunmalıdır.

Dövlət satınalmalarında yerli istehsalçılara müəyyən üstünlüklərin verilməsi də bazarın genişlənməsinə töhfə verə bilər. Bu, həm istehsalın həcmini artırar, həm də şirkətlərin maliyyə dayanıqlığını gücləndirər”.

O vurğulayıb ki, Azərbaycanda əczaçılıq sənayesi inkişaf mərhələsindədir, artım var:

“Lakin bu artım daha çox ilkin və orta texnoloji səviyyədə cəmlənib. Tam dəyər zəncirinin qurulması, yüksək texnoloji istehsalın təşkili və ixrac potensialının artırılması üçün kompleks və ardıcıl tədbirlərin həyata keçirilməsi əsas prioritet olaraq qalır”.

Aişə Abdulova
“Cebheinfo.az”

Açar sözlər: əczaçılıq Asif İbrahimov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Mart 2026 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri