Asif Kərimova söz demək heç kimin başı üçün deyil! Kəmalə Qaramollayeva
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Son günlər aparıcı Sərxan Kərəmoğlu ilə tanınmış prodüser Asif Kərimov arasında yaşanan qalmaqal gündəmi zəbt edib. İctimaiyyətdə geniş rezonans doğuran bu hadisəyə sənət cameəsinin reaksiyası da gecikməyib.
Bakıvaxtı.az xəbər verir ki, məşhur müğənni Kəmalə Qaramollayeva qonaq olduğu verilişdə Asif Kərimovun müdafiəsinə qalxıb.
“Asif Kərimova söz demək heç kimin başı üçün deyil” – deyə Kəmalə Qaramollayeva qeyd edib.
Müğənni prodüserin sənətdəki çəkisini və ona yönələn ittihamların əsassız olduğunu vurğulayıb.
Onun sözlərinə görə, Asif Kərimovu uzun illərdir tanıyır və onun həm peşəkarlığına, həm də insani keyfiyyətlərinə sonsuz hörmət bəsləyir. O qeyd edib ki, sənət aləminə töhfələr vermiş bir insanın bu cür ittihamlarla üz-üzə qalmasını haqsızlıqdır.
“Bu sənət cameəsi içində kim kimdir, biz hamımız yaxşı bilirik. Asif Kərimovun adını hallandırmaq, ona söz atmaq, heç kimə yaraşmaz. Bəzi insanlar məşhurluq xətrinə dəyərləri ayaq altına atırlar. Bu, çox acınacaqlı haldır,” – sənətçi bildirib.
Bəzi sənət adamları bu mövzu ilə bağlı səssiz qalmağı seçsə də, Kəmalə Qaramollayevanın açıq və cəsarətli mövqeyi izləyicilər tərəfindən də rəğbətlə qarşılanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 15 May 2025 09:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















