Icma.az
close
up
RU
Asif Nərimanlı: Azərbaycan Türkiyə Pakistan xətti öz siyasi gücünü ortaya qoymaq istəyir SÖHBƏT

Asif Nərimanlı: Azərbaycan Türkiyə Pakistan xətti öz siyasi gücünü ortaya qoymaq istəyir SÖHBƏT

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Pakistan-Azərbaycan arasında qardaşlıq və əməkdaşlıq əlaqələri mövcuddur. Lakin 2020-ci ildə Qarabağ müharibəsinin bitməsi ilə bu münasibətlər yeni bir mərhələyə qədəm qoydu. Xüsusilə, Pakistan-Azərbaycan-Türkiyə müttəfiqliyi, həm iqtisadi, həm də geosiyasi baxımdan əhəmiyyətli bir platforma olaraq önə çıxdı. Bu müttəfiqlik, yalnız regional deyil, eyni zamanda qlobal müstəvidəki güc balanslarını formalaşdırmağı hədəfləyir. Hər üç ölkə arasında siyasi, iqtisadi və hərbi əməkdaşlıq genişlənərək, yeni geosiyasi reallıqlara uyğun olaraq daha da inkişaf etməkdədir. 


Mövzu ilə bağlı siyasi şərhçi Asif Nərimanlı Sherg.az-ın Pakistan-Azərbaycan münasibətləri, həmçinin Pakistan-Türkiyə-Azərbaycan müttəfiqliyinin strateji əhəmiyyəti barəsində suallarını cavablandırıb:


-Pakistan-Azərbaycan münasibətlərinə hansı yeni aspektdən yanaşmaq məqsədə uyğun olardı?

-Pakistan-Azərbaycan münasibətlərinə tarixi nöqteyi- nəzərdən yanaşdıqda onların hər zaman yaxşı münasibətlərinin olduğunu görərik. Bununla yanaşı 2020-ci ildə Qarabağ məsələsinin bitməsindən sonra Pakistan-Azərbaycan münasibətlərinə Avrasiyanın nəqliyyat dəhlizləri fonunda baxmaq daha məqsədə uyğun olar. Bu, məsələnin iqtisadi tərəfidir. 


-Pakistan-Azərbaycan-Türkiyə münasibətlərinin iqtisadi tərəfi hansı yeni imkanları açıb?

-Qeyd etdiyim iqtisadi tərəfin siyasi tərəfi də var, hansı ki, siyasi ittifaq olaraq ortaya çıxır. Bu da siyasi müttəfiqlikdir. Buna da Pakistan-Azərbaycan-Türkiyə xətti üzrə baxmaq lazımdır. Çindən başlayıb Mərkəzi Asiya-Azərbaycan-Türkiyə üzərindən Avropaya çıxan nəqliyyat şəbəkəsində Pakistan da önəmli ölkələrdən biridir. 


-Pakistanın önəmli ölkələrdən biri olmasının səbəbi nədir və onun Hindistanla olan rəqabəti Avrasiyada hansı strateji rol oynayır?

-Pakistanın bu qədər önəmli olmasının əsas amillərindən biri isə Hindistan faktorudur. Çünki Hindistan həmin orta dəhlizə qarşı çıxan bir qüvvədir. O burada çalışır ki, özünün xüsusilə də İran üzərindən olan nəqliyyat şəbəkəsini inkişaf etdirsin. Hindistan əsas rəqib kimi Çini görür. Amma Hindistanla Pakistanın tarixi bir rəqabəti var. Buna görə də prosesdə Hindistanın bir növ neytirallaşdırılması və ona qarşı alternativ gücün ortaya qoyulması baxımından Pakistan faktoru ortaya çıxır. 


-Orta dəhliz layihəsinin reallaşdırılmasında Pakistan-Azərbaycan-Türkiyə siyasi ittifaqının yaranmasının əsas səbəbləri nələrdir?

-Orta dəhliz layihəsinin reallaşdırılması üçün Pakistanın da daxil olduğu Pakistan-Azərbaycan-Türkiyə təbii ittifaqı ortaya çıxıb. Bunun səbəbi Azərbaycan və Türkiyənin qardaş ölkə olması ilə yanaşı, Pakistanla da islam faktoru üzərindən tarix boyu Türkiyə və Azərbaycanın yaxınlığıdır. 


-Şahbaz Şərifin Azərbaycana səfərinin əsas məqsədi nədir?

-Şahbaz Şərifin Azərbaycana səfərə gəlmək məqsədinin əsasında ikitərəfli münasibətlər əsas məsələlərdən biridir. Bu ikitərəfli münasibətlərə baxdıqda biz siyasi, iqtisadi, hərbi müstəvidə geniş əməkdaşlıq görürük. 


-Pakistan baş nazirinin Azərbaycana səfəri hansı geosiyasi dəyişikliklərlə əlaqəlidir?

-Pakistan baş nazirinin indi Azərbaycana səfər etməsi geosiyasi dəyişikliklərlə də bağlıdır. Çünki Tramp hakimiyyətə gəldikdən sonra artıq qlobal müstəvidə bir çox dəyişikliklər gözlənilir. Trampın əsas mübarizə aparacağı ölkə Çindir. Bu mübarizədə həmin orta dəhliz məsələsi də ən aktual məsələlərdən biri olacaq. Əsas mübarizə poliqonu kimi də orta dəhlizin yerləşdiyi coğrafiyanı görəcəyik. 


-Azərbaycan-Türkiyə-Pakistan xəttinin geosiyasi mübarizədəki rolu nədir?

-Fikrimcə Azərbaycan-Türkiyə və Pakistan bu perspektivə qarşı öz planlarını razılaşdırıb, tətbiq etmək niyyətindədilər. Burada Azərbaycan-Türkiyə-Pakistan xətti geosiyasi rəqabətdə yer almaqdan daha çox öz siyasi gücünü ortaya qoymaq istəyir. Bu da onları həmin geosiyasi mübarizənin regional güc faktorları: Rusiya, Çin, ABŞ ilə hesablaşmağa məcbur edir.


-Pakistan baş nazirinin Azərbaycandan sonra Özbəkistana səfər etməsinin səbəbi nədir?

-Təbii ki, Pakistan baş nazirinin Azərbaycana sonra, Özbəkistana getmək istəməsinə də bu kontekstən baxmalıyıq. Çünki Özbəkistan da həmin orta dəhlizdə yerləşən əsas ölkələrdən biridir. Əvvəl biz Qazaxıstanın daha çox aktual rol oynadığını görürdük. Amma son vaxtlar Qazaxıstanla paralel şəkildə Özbəkistan da bu proseslərdə aktivləşib. 


-Azərbaycan-Türkiyə-Pakistan müttəfiqliyinin inkişaf etdirilməsinin nə kimi əhəmiyyəti var?

-Burada əsas məsələ geosiyasi dəyişiklər fonunda Azərbaycan-Türkiyə-Pakistan müttəfiqliyinin daha da inkişaf etdirilməsi və gələcəkdə dünyada baş verə biləcək geosiyasi dəyişiklər zamanı regionda bir gücün formalaşdırılması məqsədi daşıyır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Fevral 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see248

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see188

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see176

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see145

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri