Icma.az
close
up
RU
“Asılılığın səbəbini bir faktora bağlamaq olmur” PSİXOTERAPEVT

“Asılılığın səbəbini bir faktora bağlamaq olmur” PSİXOTERAPEVT

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

İlkinKazımlı: “Asılılıq vəziyyətində insan beyninin quruluşu və funksiyalarında bəzi dəyişikliklər ortaya çıxır

Hər bir valideyn övladının ata-anası olmaqla yanaşı, onun dostu, sirdaşı olmalıdır. Bir çox valideynlər, xüsusilə də yaşlı nəslin nümayəndələri müasir gənclərin təlim-tərbiyəsinin pozulmasında zəmanəni günahkar çıxarırlar. Bəli, zəmanə dəyişir, dünya görüşlərimiz artır, müəyyən biliklərə sahib oluruq, az-çox hüquqlarımızı da bilirik. Zəmanə keçmişə doğru yox, gələcəyə doğru dəyişir. Bu isə bizlər üçün böyük şansdır.

Ən böyük şanslardan biri də odur ki, Azərbaycan dövləti və Prezidenti hər zaman gənclərin yanında olub. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycan gəncləri peşəkar olmalı, milli və vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar: “Haqlı olaraq gənclərimizlə fəxr edə bilərik”.

Dövlət başçısı həmçinin şəhidlərimizin böyük əksəriyyətinin gənclər olduğunu da vurğulayır. İ.Əliyev deyir ki, hər bir gəncin əsas vəzifəsi müstəqilliyimizi möhkəmləndirmək olmalıdır.

Gənclərin hərtərəfli hazırlıqlı mütəxəssis, vətəndaş kimi yetişməsi, təhsil alması, fiziki cəhətdən sağlam böyüməsi, gələcəyini təmin etməsi, öz istəyinə uyğun həyat yolunu seçməsi üçün ölkəmizdə hər cür şərait mövcuddur. Prezidentin gənclərə qayğısı da məhz bu məntiqə əsaslanır. “Azərbaycanı ən qüdrətli ölkəyə çevirək” çağırışına uyğun aparılan islahatlarda yeni nəslin nümayəndələrinin fəallığı hər sahədə hiss olunur.

Bütün bunlarla yanaşı, onu da etiraf etməliyik ki, valideyn olmaq ən çətin “peşə”lərdən biridir. Asılı valideyn asılı da uşaq böyüdür. Öz səhvlərini görmür, ancaq özünün istədiyi kimi bir övlad yetişdirir. Belə ailələrdə uşağa qoyulan qadağalar çox olur. Qadağalar hər yaşda olmalıdır, amma bunu hər bir insan özü-özünə etməlidir.

Asılılıq ağır bir xəstəliyin xəbərçisidir. Bəs, ondan xilas olmaq mümükündür? Bu kimi sualların cavabını “Hiss” Psixoterapiya Mərkəzinin rəhbəri, klinik psixoloq, psixoterapevt İlkin Kazımlı ilə söhbətimizdə cavab tapmağa çalışdıq.

- Son illər Azərbaycanda yeniyetmə və gənclər arasında müxtəlif növ asılılıqların sayı artır. Sizcə, hər bir valideyn öz övladını zərərli vərdişlərdən qorumaq üçün ilk növbədə nə etməlidir?

- İlk öncə onu deyim ki, asılılıq - şəxsin istifadə etdiyi maddə, alkoqol, əşya və ya etdiyi bir davranış üzərində öz şəxsi nəzarətini itirməsi halıdır. Kontrolsuzcasına istifadə olunan hər maddə, ya da reallaşdırılan hər davranış asılılıq riski yaradır. İnsanlar həyatda bir çox amilə qarşı asılı qala bilərlər. Məsələn, maddə, alkoqol, siqaret, qumar, texnoloji avadanlıqlar, internet, başqa bir şəxsdən, eləcə də hər hansı bir əşya və ya davranışdan.

Bildiyimiz kimi, insan psixologiyasının ən gərgin və qeyri-adekvat dövrü yeniyetməlik dövrüdür. Həmin dövr 11-19 yaş arasını əhatə edir. İnsanın yaşadığı psixoloji pozuntuların (əsas asılılıq) çox hissəsinin başlanğıcı həmin dövrə təsadüf edir. Əsas da valideyn diqqətindən kənar qalan yeniyetmələrin bu pozuntuları yaşama faizi yüksəkdir. Həmin asılılığa səbəb olan faktorlar araşdırıldıqda, asılılığın səbəbini tək bir faktora bağlamaq olmur. Asılılıq üçün bir çox faktorun olması şərtdir. Psixoloji və bioloji təsirlər asılılıq ərəfəsinə təsir edir. Şəxs ilk olaraq maraq və qorxu emosiyası ilə istifadə etmək istəyə bilər. Maraqla birlikdə “bir dəfədən heç nə olmaz” düşüncəsi ilə istifadə reallaşır.

Amerikan psixoloji assosasiyasının (APA) apardığı araşdırmalara görə, insanlarda olan kimyəvi və ya davranış formasında olan asılılıqlarının inkişaf etməsində olan faktor şəxsin özünü yaxşı hissetmə, daha yaxşı performanslı olma arzusudur. Kimyəvi asılılıqlar əksər zamanlar şəxsin istəyərək həmin maddəni istifadə etmə qərarı ilə başlayır. Şəxs maddəni asılı olmaq niyyəti ilə istifadə etmir, lakin maddəni təkrarlanan formada istifadə etdikcə həmin maddə üzərində kontrolunu itirir. Gündəlik rutinli funksiyalarının pozulduğunun fərqində olmasına baxmayaraq, şəxs özünü maddə/davranış istifadəsindən saxlaya bilmir. Beləcə, maddə istifadəsi könüllü formadan məcburiyyətə çevrilmiş olur.

Araşdırmalarda digər fakt - asılılıq vəziyyətində insan beyninin quruluşu və funksiyalarında bəzi dəyişikliklər ortaya çıxır. Bu dəyişikliklərə bağlı olaraq, şəxsin emosional vəziyyətində, düşüncə və davranışlarında pozuntular müşahidə olunur. Əsas da qərar vermə, öyrənmə, hafizə və davranış ilə əlaqəli funksiyalar zəifləyir.

- Hazırda yeniyetmələr arasında ən çox asılılığın hansı növü yayılıb?

- Yeniyetmələr arasında yayılan əsasə asılılıq növü narkotik istifadəsidir. Bilirsiniz ki, narkotik psixoaktif maddədir; Narkotik mərkəzi sinir sisteminə təsir edərək beynin funksiyalarını dəyişdirən qavrayışda, emosiyalarda, davranışlarda, şüurda və insan ruhi halında müəyyən dəyişikliklərə səbəb olur. Narkotik asılılığının müəyyən simptomları vardır:

- Əksər zamanlar istədiyindən daha böyük miqdarda və ya daha uzun zaman olaraq istifadə;

- Maddə istifadəsini buraxmaq istəyi, lakin uğursuz cəhdlərin olması;

- Maddə əldə etmək, maddə istifadə etmək alternativ üsullara əl atmaq;

- Maddə istifadə etmək üçün çox böyük istək hiss etmə və ya özünü məcbur olunmuş hiss etmək;

- Maddə istifadəsinin nəticəsində sosial problemlərinin yaranmasına baxmayaraq, yenə də davam etməkdə qətiyyətlilik;

- Maddə istifadəsindən ötrü vacib olan sosial işləri, iş ilə əlaqəli fəaliyyətlərin, əylənmə-dincəlmə davranışlarının azaldılması;

- Asanlıqla hirslənmə, əsəbilik, aqressivlik;

- Yuxu problemləri (yuxusuz qalma, tam yuxudan doymamaq);

- Özünü hüzursuz hiss etmək, çöküntü halının müşahidə olunması;

- Qarın ağrısı, titrəmələr, tərləmə, qızdırma, ürpənmə, baş ağrısı və s.

- Belə bir vəziyyətdə valideyn nə etməlidir?

- Narkotik istifadəsi müalicə olunan bir sağlamlıq problemidir, lakin müalicəsi asan deyildir. Asılılıq bir xroniki xəstəlik olduğundan, insanlar sadəcə bir neçə gün istifadə saxlamaqla sağalmırlar. Əksər insanlar istifadəni tamamilə buraxmaq və həyatını qurtarmaq üçün uzun ərəfəli və təkrarlı bir formada dəstəyə ehtiyacları vardır. Bu pozuntunun müalicəsində, şəxsin narkotik maddənin istifadəsini buraxmasına, həmin maddədən uzaq durmasına, özünü məruz etməsinə, ailədə ,işdə və cəmiyyətdə çalışqan olmasına hədəflənən yanaşmalar edilməlidir.

Əlbəttə, yeniyetmələr arasında belə hallar olduqda ən çox mənəvi əzabı valideynlər çəkir. Valideynlər uşaqlarının maddə istifadəsini öyrədikləri zaman, qabullanmamaq, davamlı inkar, üzüntü, şok, ümidsizlik, qəzəb və uşağını davamlı sorğulama kimi davranışlar göstərə bilərlər. Belə olduğu halda təbii ki, uşaqlarına qarşı olan düşüncələri və ümidləri puça çıxır. Bu davranış və xüsusiyyətlərin yaratdığı reaksiyalar həmin asılılıq ərəfəsinə qismən müsbət təsir etsə də, mənfi təsirləri daha çox olur. Buna görə də valideynlər bu kimi xüsusiyyətləri özlərində azaltmalıdırlar.

- Hazırda cəmiyyətin ən ciddi problemlərindən biri də narkomaniyanın xüsusilə də yeniyetmə və gənclər arasında yayılmasıdır. Sizcə, bu məsələdə valideynlə yanaşı, məktəbin də üzərinə məsuliyyət düşürmü?

(Ardı var)

“Hürriyyət”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 28 Aprel 2025 20:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see312

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see291

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see240

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see225

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see203

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see198

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see182

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see178

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see174

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see165

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see161

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see158

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see154

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see153

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri