Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

Şairlərin qibləsi Aşıq Ələsgər 205

Şairlərin qibləsi Aşıq Ələsgər 205

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

Turan Uğur
AYB –nin üzvü, yazıçı

Bu il Dədə Ələsgərin doğulmasından 205, vəfatından isə 100 il ötür. Deyəsən, şair Məmməd Aslan demişdi: “Möminlərin bir qibləsi var, şairlərin iki - Biri Füzulidir, biri isə Dədə Ələsgər” Hər ikisini çox sevdiyimdən hər ikisindən dəflərlə yazmışam.Ancaq bu dəfə daha rahat, daha arxayın yazmağımın səbəbləri var.Xatırlayıram ki, 2024- cü ilin sentyabrın 30-da paytaxtımız Bakıda Dədə Ələsgərin abidəsinin açılış mərasimi bəndənizi daha da fərhləndirmişdi.Aşıq Ələsgərin neçə-neçə qoşmalarını, gəraylılarını, təcnislərini, cığalı-təcnislərini müxtəlif məclislərdə əzbər deyən, onun şeiriyyatına vurğun olan birisi kimi “Şairlərin qibləsi – Aşıq Ələsgər” adlı yazımı sizə təqdim edirəm.

***

Türk, bəy türk, bay türk, gözəlliyə bayılan türk, aləmə görk olan türk - Göytürk, ey əhli - Türküstan, əhli - Turan, əhli - Azərbaycan, Qorqud atanın ocağında yurd salanlar, bir əlinizdə qolça qopuz, bir əlinizdə isə əmud olsun, gürz olsun, toppuz olsun, dillərimizdə dastanlarımız, laylalarımız, oxşamalarımız olsun, gərək ki...

Ələsgər haqq sözün isbatın vеrə,
Əməlin mələklər yaza dəftərə,
Hər yanı istəsə, baxanda görə,
Təriqətdə bu sеvdalı gərəkdi.

(A.Ələsgər)

Xoş sədalı gərəkdirsə, o səda Göyçədən, Ağkilsədən gəlməli. Göyçəm, deyim, Göyçəli aşığım deyim, aşiqim deyim, qələndərim, dərvişim deyim, vəlim, dəlim ey Ələsgərim, o seyrangahda nə var nə yox, bir üzübəri gələrsənmi, çərşənbə günündə olsa daha xoş olar bizimçün, olmasa da qəbulumuzdur.Axı indi də müjgan oxunu atanlar eyzən sənin gözəllərinə bənzərlər, doğru buyurursuz çeşmə başı indi görüş yeri deyil, dədə Ələsgər! O köşək gözlü bulaqları, əfsus ki, indi planşetlər, telefonlar əvəzləyib.Hər elmdən hali, hər sahədən vaqif olan ozanımız, bir işarət eyləsəm kafidirmi sənə?

Seyrangahda cüt gözəlin
Mail oldum birisinə,
Dərd məndədi, dərman onda
Biri ləbdi, biri sinə...
(Aşıq Alı)

-söylərkən bunu yar ləbindən zövq, məşuq sinəsindən ləzzət alanların təcnisi saya bilərik.Belə misraları bir Türk övladı kimi sevənlərin şüarı, sevilənlərin himni kimi də oxumaq olar.Niyə olmur ki?! Təki zadəgan kimliyimizin, romantik vücudumuzun dəliqanlılığından biraz da çəkinməyək, əksinə,
iftixar hissi duyaraq Aşıq Alı, Miskin Abdal, Aşıq Şenlik,
Aşıq Ələsgər kimi ulularımıza sahib çıxaq!

Ələsgər qurbandı bеlə gəlinə,
Sona kimi cumub еşqin gölünə,
Gümüş kəmər xub yaraşır bеlinə
Yaxası qızıldan düymələnibdi.

(A.Ələsgər)

Yaxası qızıldan düymələnən, çərşənbə nədir elə şənbə də, bazar günləri də çeşmə başında dayanıb, zülfünü çiyninə, tellərini üzünə tökən şux gözəllərə qoşma qoşan aşığımız, Dədə Ələsgərin Ağkilsə kəndində, Göyçə mahalında, həm də bir Novruz bayramı günündə xalqımıza əta olunması görəsən lütfi-kərəm deyil, bəs nədir, əcəba?!

1821-ci ildə, mübarək Novruz bayramı günlərində qədimim Göyçədə doğulan Ələsgərin yolu-yörəsi bir ulusun yolu kimi səciyyələnməlidir.Alməmməd kişinin evindən sonra növbə aşıq Alı xeybəsinə çatacaqmış da, ocağı ocaq, qucağı qucaq əvəz edəcəkmiş, sən demə. Künyəsi “dədə” olan aşıq Ələsgərin sadəcə gözəllərə şeir qoşması kimi bəsid düşünməmək lazım, onu təsəvvüfdən, irfandan ayırmayacaq məqamlar büsbütün ozanımızın şair qəlbini bütün dövrlərdə çulğamışdı.Amma hələ var o gözəlliyə tapınmağa, hələ çox var, hələ el aşığını bir tanıyaq, bir sevək.Axı sevməyin yolu tanımaqdan keçir.

Ahəngər dеyiləm, naşı bəzirgan,
Gözüm dürdanədə, a yəməndədi.
Sinəmdədi еşqin şirin çеşməsi,
Ləzzəti mеyl еdib ay əməndədi.

Bir sazım var, yox pərdəsi, nə simi,
Onu çalıb, kim tərpədər nə simi?
Firdovsi, Fizuli, Hafiz, Nəsimi -
Onlar da yazdığı, ayə, məndədi.

Kişi gərək zəhmət çəksin, dər salsın ,
Süfrə açsın, ad qazansın, dər salsın.
Dərsi azlar Ələsgərdən dərs alsın,
Altı min altı yüz ayə məndədi.

(A.Ələsgər)

Həcər, Telli, Müşgünaz, Gilə, Pərzad, Əsli, Gövhər, Güləndam, Güllü, Mələk və daha neçə bu cür mələkxislət qızcığazları tanımıram, bəs, bunlar kimlərdir? Aşıq Ələsgərdən soruşmaq səlahiyyətində olsaydıq sorardıq, mənə qalsa deyərdim ki, onlar şairin qoşmalarına, təcnislərinə, şeirlərinə yol tapmış sıradan kəndli qızlarıdır. Hər eldə, hər obada rast gələcəyimiz bu sayaq pərilər yolunu azanı ozan, yolundan çıxanı canan eləməzmi?!
-Edər, Ələsgəri də etmişdi, hələ 14-15 yaşında ikən...Qızcığazın da adı Səhnəbanu idi.Kərbəlayi Qurbanın canparəsi idi Səhnəbanu.

Aşığın Səhnəbanuya olan yeniyetməlik eşqinin qənimi Kərbəlayi Qurban adlı birisi olmuş. Qurban kişinin yosma, nazənin qızına qurban getməyə hazır və razı olan bir aşıq tanıyırıq: Aşıq Ələsgər.
Aşıq Ələsgərin aşıqlığı aşiqliyindən doğurdu. Nəyi qəsd elədiyimi açıq söyləyim.Kamalına kamal, camalına camal çatmayan, didarı kimi kirdarı da gözəl olan Aşıq Ələsgərin əlinə saz, dilinə söz alması bir ürəkbulandıran, canodlayan olaydan sonra olmuş desək - yanılmarıq.Yenə mal-dövlət hərisliyi gün kimi ortada görünməkdədir.Səhnəbanunun əmisi pullu Məhərrəm bu eşqin qənşərində xar kimi bitsin, gözəl bir növrəstəni öz oğluna arvad, özünə gəlin etməkdə olsun, biz də Ələsgər kimi bir yeniyetməni təkcə aşiq yox, həm də aşıq etmiş olaq.Biz - yəni onu sevənlər.

Ov kеçdi bərədən, ata bilməzsən,
Uçdu gеtdi əldən, tuta bilməzsən,
Yеrisən, yüyürsən, çata bilməzsən,
Görürsən ki, baxtın yatdı, sən də yat.

Neyləyəsən ki, Səhnəbanuya olan sevgi əhvəlatı başlar-başlamaz bitəcəkmiş, lakin könlünə məlhəm olan Kəlbəcərli qızı Anaxanım 40 yaşında Ələsgərə yar, övladlarına ana olacaqmış.Buna qədər isə Ələsgəri Səhnəbanuya bir ər kimi nəvaziş göstərmək yerinə, ustad aşıq Alıya şəyird qismində qul-kəntərlik etmək nəsib olmuş . Axı dəryaların qaydasıdır ümmana baş vurmaq - Aşıq Alı ümmanına.O Alı ki gözəllər səfinə səcdə eylərdi.

Aşıq Ələsgərin sazla olan şəklini görmüsüz yəqin ki! Mütləqdir ki, görmüsüz.Solaxay idi ozanımız.Sol əli ilə sazı çalar, sağ əli ilə pərdələyərmiş.Bunu nəvəsi İslam Ələsgərin xatirələrindən də bilmək olar.Solaxaylıq isə fenomenallıq nişanıdır, buna rəğmən dədə Ələsgərin mütəvazilik süzülən əyin-başından, təvazökarlıq tökülən çöhrəsindən, dürlü-dürlü kəlamlar düşən dodaqlarından bunları eşitmək olar:
“Şəyirdlikdə can çürütdüm, hərgiz ustad olmadım” yaxud da
“Yazıq Ələsgərəm azdır kamalım, vacibdir ki, bir ustaddan dərs alım” deyən Ələsgərin ustadı kim idi, Aşıq Alı idi.”Ələsgərin
doğru-dürüst təhsili yoxmuş” deyirlər. Necə olur ki, İrəvandan, Şəmsəddin elindən göndərilən bağlamalara, həcvlərə aşıq Ələsgər tutarlı cavab verə, el məclislərində Qurani-kərimdən dəlillər gətirə, “Ələsgərəm hər elmdən haliyəm”- deyə, lakin biz onun adını oxumaq-yazmaq bilməyən birisi kimi qələmə verək.Zənnimcə, bu bir qədər qarışıq, dolaşıq məsələdir. Açığı bu mənə əsla inandırıcı gəlmir.Yenə də böyüklərin, Ələsgər ocağına yaxın olanların sözlərinə inansaq demək olar ki, o fəhmlə, kəskin hafizəsi ilə bir çox dünyəvi elmlərə vaqif olubmuş. Daim Nəsimidən, Füzulidən, Hafizdən iqtibas edən, sitat gətirən, hecada bütün şəkil, formalarda şeir deyən, dastan söyləyən Ələsgərin ustadı təkcə Aşıq Alı deyildir ki, mən bu cərgəyə Ağ Aşığı, biraz irəli gedib, Qurbanini, Tufarqanlı Abbası, Sarı Aşığı da əlavə edərdim.Ələsgər xalqın sinəsindən gələn atalar sözlərində, bayatılarda, laylalarda, hikmətli kəlamlarda gizlənib.

İnsafdırmı gülə həmdəm xar ola, insaf deyil, fəqət xar kimi yurdumuza pərçim olan bədxah qonşuların ucbatından doğma Göyçəlilərimiz kimi, Dədə Ələsgər də qərib həyatı yaşayıb, öz yurdundan didərgin düşüb.Çox qeylü-qallar yaşayan aşığın son günləri, son illəri olduqca ağır keçib. Vaxtilə el-el, oba-oba gəzib toy-düyünlərdə məharət göstərən Dədə Ələsgər dəfələrlə nakəslərin, yolkəsənlərin, quldurların, həramilərin, çapovulçuların ziyanxorluqlarını görüb, hətta Göyçənin Qızbulaq kəndində “Əsli və Kərəm” dastanını söyləmiş, səhərisi gün bir keşişin hücumuna da məruz qalıbmış.”Bəsirət gözü açıq olanların, batini görənlərin nəsibi bu cahanda zillət çəkməkdir”, deyirlər.Ələsgər də bu səbəbdən istisna deyil, lafı laf, sözü söz olan, əməli əməl sayılan Ələsgər kişi seçib gövhəri saf eyləmişdi.

Aşıq Alı kimi, Aşıq Ələsgər də dildən dilə, ağızdan ağıza keçib gəlib.Ələsgər irsinin öyrənildiyi üçün Hümmət Əlizadəyə və aşığın nəvəsi, araşdırmaçı İslam Ələsgərə borcludur söz xiridarları.1956-cı ildə ilk dəfə ruhunu rəhmətlə andığımız İslam Ələsgər babasının kitabını nəşr etdirib. Ələst aləmində kim “bəli” demişdi, yadınızda deyil, heç kəs izah edə bilmir.Ələsgər isə məndən soruşub Rəbbimiz - deyərdi.
“Ələstidən bəli dedim, nə xoş kamaldır yüküm”- deyən, 105 il yaşayan Ələsgərin yükü mənim yükümdür, yurddaşımın, qardaşımın, sirdaşımın yüküdür.Bu yük 44 Günlük Zəfər savaşımızdan sonra demək olar ki, xeyli azalıb, bir əlcə, bir çəngə qalıb.Yeri gəlmişkən, sentyabrın 30-da başkəndimiz Bakıda Dədə Ələsgərin abidəsinin açılış mərasimi bizə daha bir başucalığı gətirdi.
Başın ucalığı isə bütün zamanlarda millətə şərəf və xeyir gətirər - irəlini daha yaxşı görmək naminə bundan gözəl bəxşiş ola bilərmi?!

Hə, indi “şairlərin qibləsi” şəhərimizdə, düz bir addımlığımızdadır.Gəl də, kərəmini, lütfünü bizə az eyləmə, Dədə Ələsgər!

(Məqaləmdə Aşıq Ələsgərin nəvəsi İslam Ələsgərin xatirələrinə və şəxsi qənaətlərimə söykənmişəm)

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:353
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 17 Fevral 2026 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see417

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see340

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see316

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see311

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see293

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see289

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see285

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see270

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see270

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see260

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see244

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see228

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see224

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see203

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see202

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see192

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see183

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see177

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see175

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri