Aşiq oldu, məşqlərə qatılmadı, komandadan qovuldu
Icma.az bildirir, Demokrat.az portalına istinadən.
Türkiyənin Super Liqa təmsilçisi "Kocaelispor" malili futbolçu Habib Ali Keytanın müqaviləsinə birtərəfli qaydada xitam verib.
Demokrat.az xəbər verir ki, klubun yaydığı açıqlamaya görə, 27 yaşlı yarımmüdafiəçi mövsümöncəsi hazırlıq düşərgələrinə və məşqlərə icazəsiz və üzrsüz səbəbdən qatılmayıb. Futbolçunun mövsüm ərzində keçirilən oyunlarda da komandanın heyətində yer almadığı qeyd olunub.
"Kocaelispor" rəhbərliyi Keytaya müqavilə öhdəliklərini yerinə yetirməsi ilə bağlı xəbərdarlıqlar göndərildiyini, lakin buna baxmayaraq futbolçunun öhdəliklərini dəfələrlə və ciddi şəkildə pozduğunu açıqlayıb. Klub bu vəziyyətin tərəflər arasındakı əməkdaşlığın davam etdirilməsini mümkünsüz etdiyini əsas gətirərək müqaviləni haqlı səbəblə birtərəfli qaydada ləğv edib.
"Kocaelispor" həmçinin futbolçu ilə bağlı FIFA Futbol Məhkəməsinə müraciət edəcəyini açıqlayıb. Klub Keytaya qarşı idmanda cəza və təzminat tələbi irəli sürməyi, futbolçunun bundan sonra müqavilə bağlayacağı ilk klubun isə müvafiq hallarda məsuliyyət daşımasını tələb etməyi planlaşdırır.
Qeyd edək ki, daha əvvəl klub prezidenti Rəcəb Durul malili yarımmüdafiəçinin komandadan icazəsiz ayrılması ilə bağlı açıqlamalar verib. Prezident "Keytanın icazəsiz getməsi, əlbəttə, xoş hal deyil. Bunu ağıl tutulması adlandıra bilərik" deyərək reaksiyasını bildirib və bunları söyləyib:
"Deyilənlərə görə, orada bir qıza aşiq olub və onun üçün getdiyi söylənilir. Həmçinin Türkiyədə deyil, xaricdəki bir komandada oynamaq istəyir. Lakin menecerləri bəzən telefonlara cavab verir, bəzən isə cavab vermirlər. Biz “Kocaelispor” olaraq lazımi hüquqi prosedurlara başlayacağıq, lakin özünə bir qədər vaxt verdik. 3-4 klubdan transfer təklifi aldığı deyilir, amma indiyədək bizə çatan rəsmi təklif yoxdur".
Jalə
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Milli komandadan qovuldu Narkotik qalmaqalı
01 İyun 2026 09:49
İsveç millisinin baş məşqçisi komandadan qovuldu
14 Oktyabr 2025 21:27
Bu klubun bütün futbolçuları komandadan qovuldu
17 Dekabr 2024 16:52
Futbolçu bu fotosuna görə komandadan qovuldu
20 Mart 2026 21:50
Buna görə milli komandadan QOVULDU VİDEO
07 May 2026 17:11
Baxış sayı:172
Bu xəbər 05 Sentyabr 2026 18:53 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları