Aşiq olduğu qadın süni intellekt çıxdı Hər şeyini itirdi
Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Ölkə.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.
Belə ki, 49 yaşlı Martins sosial şəbəkədə aşiq olduğu "qadın"la yeni həyat qurmaq üçün bütün əşyalarını sataraq 2100 km yol qət edib. Lakin qadının real insan deyil, süni intellekt vasitəsilə yaradılmış virtual obraz olduğunu öyrənib.
Martins adlı şəxs anasının ölümündən sonra özünü tənha hiss etdiyini və sosial şəbəkədə qarşılaşdığı "qadın"ın ona yeni həyata başlamaq ümidi verdiyini bildirib.
O, qadını tapmaq üçün şəhərdə küçə-küçə gəzərək insanlardan soruşub, daha sonra yerli radiodan kömək istəyib. Nəticədə 300 mindən çox izləyicisi olan hesabdakı "Jessica" obrazının süni intellektlə yaradıldığı məlum olub.
Səfər zamanı bütün pulunu xərcləyən Martins geri qayıtmaq üçün vəsaitsiz qalıb. Şəhər bələdiyyəsi ona geri qayıtması üçün avtobus bileti verib.
Virtual obrazın hesabını idarə edən şəxs isə onun kommersiya məqsədilə yaradıldığını və Martinsə xüsusi dəvət göndərilmədiyini bildirib.
Yaşadığı məyusluğa baxmayaraq, 49 yaşlı kişi gələcəkdə həqiqi sevgini tapacağına və yeni həyat quracağına ümid etdiyini deyib.
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 19 Oktyabr 2026 10:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















