Icma.az
close
up
RU
Menu

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Rejissorun fantaziya iksiri

Rejissorun fantaziya iksiri

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xalq artisti, görkəmli rejissor Mərahim Fərzəlibəyovun sənət yolu haqqında kitab üzərində işləyərkən onunla mütəmadi görüşürdük. Bəzən onu suallarımla yorduğumu da hiss edirdim. Məşqlərində iştirak edir və özüm üçün bir çox nüansları müəyyənləşdirirdim.Teatra xas şərtiliklərdən dəqiq və ustalıqla yararlanan rejissor deyir ki, insan xarakterinin özü də bir ideya ola bilər.

Hər bir tamaşa rejissorun gərgin əməyi bahasına başa gəlir. Ümumi səhnə həlli baxımından aktyorun ifa tərzini və personajların hərəkət sxemini, onların bir-birinə təsirini dəqiqləşdirmək, davranışlarının kəsintisiz xəttini və motivlərini işləyib hazırlamaq asan məsələ deyil. Yaratdığı personajın daha dolğun formada açılması üçün aktyor psixologiyasının dərinliklərinə qədər enmək olduqca qəliz bir işdir. Rejissor aktyoru idarə edir və eyni zamanda, ona yaradıcı sərbəstlik verir. Aktyorun məşq prosesində yaradıcı atmosferə köklənməsi son dərəcə vacib məqamdır.

Bir dəfə iki sevgilini oynayan tərəf müqabilləri arasında soyuq münasibət yaranmışdı, Mərahim müəllim çox narahat idi. Dedi ki, onlar arasında münasibətlər qaydasına düşməsə, səhnədə bir-birini sevən aşiqlər kimi tamaşaçını inandıra bilməyəcəklər, onlar mütləq barışmalıdırlar. Və rejissor fəndindən istifadə edib onları barışdırdı. Bir daha əmin oldum ki, rejissor həm də psixoloq olmalıdır.

Balzakın “Atılmış qadın” tamaşasının məşqləri gedir. Hekayəni mən səhnələşdirdiyim üçün məşqlərdə iştirak etmək hüququm var və bu şansdan istifadə edərək qəhrəmanımı müşahidə edirəm. Aktrisa rejissora əsl uşaq səmimiyyəti ilə inanır və onun bu inamı rejissoru şövqə gətirir. Aktrisa ondan nəyin tələb olunduğunu bilir və rolunu maneəsiz, sərbəst oynayır. Bu da peşəkarlıqdan və illərin təcrübəsindən irəli gəlir. Söhbət tamaşada baş rolun ifaçısı Xalq artisti Məleykə Əsədovadan gedir. Ümumiyyətlə, rejissorun təfsir prinsipləri aktyor ifalarında həssaslıqla gözlənilir.

Mərahim müəllim tamaşalarının üstündə uşaq kimi əsir, musiqilərin seçimində xüsusi həssaslıq göstərir. Premyera gününə qədər öz ştrixlərini əlavə edir. Rahat olmur, sakit dayanmağı sevmir. Yaradıcı entuziazm ona sakitləşməyə imkan vermir. Son ana qədər axtarışlar davam edir. Ən kiçik mizan pozulanda belə dərhal hiss edir, replikalar yerində olmayanda anındaca məşqi saxlayıb iradını bildirir. Və tamaşanın “bətn” dövrü başa çatandan sonra narahatlıq duyğusu sovuşur. Sənətkar ömrü belə keçir.

Dəftərçəmdə saysız-hesabsız qeydlər aparmışam. İndi bu yazını işləyərkən həmin qeydlərə nəzər salıram. Aydın olur ki, “Mərahim Fərzəlibəyov formulu” kitabı yazıldığı zaman bir çox məqamlar kənarda qalıb. Yaradıcılıq prosesində bu, qaçılmaz hal,əslində, növbəti yazılar üçün gözəl bir fürsətdir. Mərahim müəllimin ideya cəbbəxanası o qədər zəngindir ki, onunla hər söhbətdən sonra havada uçuşan bu tezisləri yaddaşımdan yazıya köçürmək üçün evə tələsirəm. Quruluş verdiyi istənilən tamaşanın fəlsəfəsi onun üçün tam aydın olmalıdır. İdeya bədii həlli tapmaq üçün idrakı daha dərin qatlara işləyir və pyesin onurğasını tapana qədər bu proses davam edir.

Etiraf etmək lazımdır ki, Mərahim Fərzəlibəyov Azərbaycan teatr tarixində rejissor kimi silinməz izlər qoyub. “Mərahim Fərzəlibəyov formulu” anlayışının estetik göstəricilərini yaradıb, cilalayıb və formalaşdırıb.

Sənət barədə söhbətlərimizin birində çay süfrəsi arxasında ondan soruşdum ki, yazıçılar niyə dram janrından ehtiyat edirlər? Qalın romanlar yazan yazıçı bəzən pyes yazmaqda çətinlik çəkir. Bu, nədən irəli gəlir? Mərahim müəllim peşəkarcasına öz qənaətini mənimlə bölüşdü:

– Mən bu barədə çox düşünmüşəm. Bilirsiniz, hamı deyir pyes yazmaq çətindir. Amma soruşanda ki, dramaturgiyanın çətinliyi nədədir? Çox vaxt bu suala cavab tapmaqda çətinlik çəkirlər. İlk növbədə, ümumi sözlər ağlımıza gəlir: pyes yazarkən dialoqlar səlist, yığcam olmalıdır, dramaturq hadisələrin inkişafını tamaşaçıya çatdırmalıdır. Amma mən bu barədə düşünəndə ağlıma maraqlı bir fikir gəldi. Baxın, musiqi səslərdən ibarətdir, ədəbiyyat sözdən ibarətdir. Klassik musiqi, bir də mahnı janrı var, elədirmi? Bəstəkar xüsusən mahnı janrında sözləri melodiyaya uyğunlaşdırmağa çalışırlar.

Rejissor isə pyesi qəbul edəndə onun ümumi ahəngini axtarır. Ahəng qanunu mütləq gözlənməlidir. Hər xarakterin özünəməxsus danışıq tərzini tapmaq lazımdır, əks halda, obrazlar bir-birindən seçilməz. Personajların stilistikası pozulmamalıdır. Bu mənada, dramaturgiya bəstəkarlığa yaxın sənətdir. Bəstəkar melodiyaları nota köçürərkən düşünür ki, hansı musiqi aləti bu keçidləri ifa edə bilər. Bəstəkar o musiqi alətlərini eşitməlidir. Eləcə də dramaturq pyes yazarkən aktyorları eşitməli, teatrın təbiətinə uyğunlaşmalı, səhnəni hiss etməli, səhnə sənətinin şərtlərini gözləməlidir. Dramaturgiya bu baxımdan spesifik sahədir və xüsusi istedad tələb edir, hər yazıçı bunu bacarmır.

Kənan HACI,
yazıçı-dramaturq

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Noyabr 2026 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see282

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see274

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see269

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see265

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see263

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see259

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see249

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see244

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see229

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see219

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see218

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see208

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see206

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see205

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see202

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see202

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see198

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see196

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see190

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri