Icma.az
close
up
RU
Aşıq sənətinin yeniyetmə və gənclərə öyrədilməsi dərsləri davam edir

Aşıq sənətinin yeniyetmə və gənclərə öyrədilməsi dərsləri davam edir

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyi tərəfindən həyata keçirilən "Aşıq sənətinin yeniyetmə və gənclər arasında təbliği" adlı layihə çərçivəsində növbəti yeddinci dərs 4 oktyabr tarixində Bakı şəhərində, “Aşıq Ədalət Nəsibov” adına Musiqi Tədris Mərkəzinin ofisində baş tutub.

Tədbiri açan “Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyinin sədri, layihənin rəhbəri, şairə Pərvanə Mustafayeva iştirakçıları salamlayaraq bildirdi ki, bu gün hər biriniz üçün yeni bir yolun başlanğıcıdır. İnanıram ki, gələcəkdə sizlərin arasından tanınmış ustad aşıqlar yetişəcək. Bunun üçün daim öz üzərinizdə işləməli, verilən tapşırıqları məsuliyyətlə yerinə yetirməlisiniz.

Daha sonra söz Aşıq Ədalət Nəsibov adına Musiqi Tədris Mərkəzinin əməkdaşı, aşıq Cavanşir Quliyevə verilib. Aşıq Cavanşir əvvəlki dərslərdə öyrənilən mövzulara qısa xatırlatma etdikdən sonra yeni dərs mövzusunu izah edib, iştirakçılara öz bacarıq və istedadlarını nümayiş etdirmək imkanı yaradıb.

Dərs yeniyetmə və gənclərin fəal iştirakı ilə keçib, tədris prosesi interaktiv və yaradıcı mühitdə davam etdirilib.

Tədbirin sonunda Pərvanə Mustafayeva Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə bir daha təşəkkürünü bildirərək qeyd edib ki, bu layihə qədim və zəngin milli irsimiz olan aşıq sənətinin yaşadılması istiqamətində dövlətlə vətəndaş cəmiyyətinin əməkdaşlığının parlaq nümunəsidir.

Qeyd edək ki, 3 ay müddətinə nəzərdə tutulan layihə çərçivəsində 8 nəfər yeniyetmə və gənc üçün ümumilikdə 10 praktiki aşıq dərsi keçiriləcək.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:45
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Noyabr 2025 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see220

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see212

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see210

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see208

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see202

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see185

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see185

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see182

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see175

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see172

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see168

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see166

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see158

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see147

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see145

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see144

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see140

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see138

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see137

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri