Icma.az
close
up
RU
Aşıq sənətinin yeniyetmə və gənclərə öyrədilməsi dərsləri davam edir

Aşıq sənətinin yeniyetmə və gənclərə öyrədilməsi dərsləri davam edir

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyinin həyata keçirdiyi "Aşıq sənətinin yeniyetmə və gənclər arasında təbliği" adlı layihəsi çərçivəsində 13 sentyabrda Bakı şəhərində “Aşıq Ədalət Nəsibov” adına Musiqi Tədris Mərkəzinin ofisində növbəti 4-cü dərs keçrildi.

“Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyinin sədri və "Aşıq sənətinin yeniyetmə və gənclər arasında təbliği" adlı layihənin rəhbəri, şairə Pərvanə Mustafayeva iştirakçıları salamlayaraq bildirdi ki, hər keçən dərs sizin bu sahədəki istedadınızı üzə çıxarır bu yolda sizlərə uğurlar arzulayıram. İnanıram ki, gələcəkdə sizlərin arasından adlı-sanlı ustad aşıqlar meydana çıxacaq. Bunun üçündə sizlər daim öz üzərinizdə işləməli verilən tapşırıqları yüksək bacarıqla həyata keçirməlisiniz. Sonra söz Aşıq Ədalət Nəsibov adına Musiqi Tədris Mərkəzinin əməkdaşı aşıq Cavanşir Quliyevə verildi. Aşıq Cavanşir Quliyev əvvəlki dərslərdə keçrilən mövzular haqqında qısa xatırlatma etdikdən sonra yeni mövzu haqqında uşaqlara ətraflı bilgi verərək onlara öz qabiliyyətlərini nümayiş etdirməyə şərait yaratdı.

Aşıq dərsi yeniyetmə və gənclərin aktiv iştirakı ilə keçdi.

Tədbirin sonunda Pərvanə Mustafayeva Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə bir daha öz təşəkkürünü bildirərək qeyd etdi ki, bu layihə qədim və milli irsimiz olan aşıq sənətinin yaşadılması istiqamətində dövlətlə vətəndaş cəmiyyətinin əməkdaşlığının ən bariz nümunələrindən biridir.

Xatırladaq ki, 3 aylıq layihə çərçivəsində 8 nəfər yeniyetmə və gəncə 10 dəfə aşıq dərsləri keçriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 11 Oktyabr 2025 21:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see291

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see290

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see249

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see232

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see189

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see188

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see170

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see149

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see143

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see141

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see138

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see136

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see130

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see126

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see125

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see124

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see124

Müəllimə avtobus sükanı arxasında Qadın sürücülərdən reportaj VİDEO

26 Noyabr 2025 09:48see121

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see121

NATO müharibənin bitmə tarixini AÇIQLADI

26 Noyabr 2025 15:38see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri