Asiya Çempionlar Liqasında hakim oyuna sərxoş çıxıb
Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
Asiya Çempionlar Liqasının 2-ci tuurunda keçirilən “Əl-Cəzirə” (BƏƏ) – “Qol Gohar” (İran) (1:0) matçında qalmaqallı hadisə baş verib.
QOL.az "football360"a stinadən görüşün baş hakimi, suriyalı Məhəmməd Xəttabın oyuna sərxoş vəziyyətdə çıxdığı iddia olunur.
Qarşılaşmanın 32-ci dəqiqəsində hakim “Əl-Cəzirə”nin qapıçısı Ərsin Dəstanogluna sarı vərəqə göstərib. Halbuki qapıçı qayda pozuntusu olan həmin epizodda iştirak etməyib. Təxminən 4 dəqiqə davam edən müzakirələrdən sonra Xəttab ehtiyat hakimlə söhbətin ardından qərarını dəyişərək vərəqəni ləğv edib.
“Qol Gohar”ın baş məşqçisi Mehdi Rəhmatı fasilədə köməkçilərindən hakimlə danışmağı xahiş edib. O, daha sonra referinin normal vəziyyətdə olmadığını bildirib. İran klubu hakimin dəyişdirilməyəcəyi təqdirdə ikinci hissəyə çıxmayacağı ilə də hədələyib.
Nəticədə ikinci hissədə Xəttabı ehtiyat hakim əvəzləyib. Referinin alkoqol qəbul etdiyi iddia olunsa da, bu barədə hələlik rəsmi təsdiq yoxdur.
“Qol Gohar”ın məşqçisi Heydər Əfsari oyundan sonra açıqlamasında vəziyyətin hər iki komandanı təəccübləndirdiyini deyib: “Hakim normal vəziyyətdə deyildi. Hətta “Əl-Cəzirə”nin futbolçuları da bizə eyni şeyi dedilər. Rəqibin 77 nömrəli oyunçusu ikinci qayda pozuntusundan sonra qırmızı vərəqə almalı idi, lakin hakim vərəqəni qapıçının adına yazdı”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 26 Noyabr 2026 15:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















