Asiya Çempionlar Liqasının yarımfinalına yüksəldilər
Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Tailand Cənub-Şərqi Asiya milli komandaları arasında keçirilən (ASEAN) çempionatın yarımfinalına yüksəlib.
QOL.az xəbər verir ki, komanda qrup mərhələsinin son oyununda Myanmanı 2:0 hesabı ilə məğlub edib. Bu nəticə ilə Tailand B qrupunda 12 xalla birinci yeri tutub. Komandanın yarımfinaldakı rəqibi Sinqapur olacaq.
İlk oyun avqustun 15-də Sinqapurda, cavab qarşılaşması isə avqustun 18-də Banqkokda keçiriləcək.
Qrupda ikinci yeri Malayziya tutub. Komanda Filippin üzərində 1:0 hesablı qələbə qazanıb. Beləliklə, Malayziya yarımfinalda turnirin son qalibi Vyetnamla qarşılaşacaq.
İlk qarşılaşma avqustun 16-da Kuala-Lumpurda, cavab görüşü isə avqustun 19-da Hanoyda keçiriləcək.
Qeyd edək iki, finalın ilk oyunu avqustun 22-də, cavab qarşılaşması isə avqustun 26-da baş tutacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 08 Avqust 2026 22:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















