Asiya İnkişaf Bankının nümayəndəsi: dəmir yolu sisteminin karbonsuzlaşdırılması ilə bağlı uzaqgörən ADY ilə işləmək çox xoşdur AZƏRTAC
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 21 noyabr, AZƏRTAC
“Dəmir yolu enerjiyə qənaət edən nəqliyyat növüdür. COP29 da iştirak səbəbimiz də nəqliyyatın karbonsızlaşdırılmasına dəstək verməyimizdir. Rəqəmsallaşma, həm də dekarbonizasiya baxımından Azərbaycan Dəmir Yollarına (ADY) dəstək veririk.
COP29-da gözləntilərdən asılı olmayaraq, ölkə daxilində dəmir yolu sisteminin karbonsuzlaşdırılması ilə bağlı kifayət qədər uzaqgörən olan ADY ilə işləmək çox xoşdur. Çox qürur duyuram ki, biz Azərbaycanla dəmir yolu sahəsində uzun illərdir əməkdaşlıq edirik”.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Asiya İnkişaf Bankının nəqliyyat sektoru ofis sektorları qrupunun direktoru Ceymi Lether jurnalistlərə müsahibəsində deyib.
"COP29-da dəmir yolunun dekarbonizasiyası ilə bağlı müzakirələr apardıq. Ümid edirik ki, daha çox investisiyaya diqqət ayrılacaq. Bu sərmayənin qoyulması və çatdırılması müəyyən vaxt aparacaq. Bundan sonra biz Azərbaycanda çox səmərəli və effektiv dəmir yolu sistemi görəcəyik", - deyə C.Lether bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 21 Noyabr 2024 09:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















