Icma.az
close
up
RU
Asiya İnkişaf Bankının özəl sektora dəstəyi

Asiya İnkişaf Bankının özəl sektora dəstəyi

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanı da əhatə edən “Özəl sektor əməliyyatlarında inkişafa təsirin dərinləşdirilməsi” adlı texniki yardım layihəsini təsdiqləyib. Layihə AİB-in üzv ölkələri, o cümlədən Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistan, eləcə də digər ölkələrdə həyata keçirilir.

Bankın məlumatına görə, layihə üzrə texniki yardımın ümumi maliyyələşdirmə həcmi 2,19 milyon dollar təşkil edir. Bununla yanaşı, texniki yardımın ayrıca komponentinə 900 min dollar ayrılıb. Qeyd olunub ki, texniki yardım bankın bütün üzv ölkələrində layihələrin keyfiyyətinin yüksəldilməsi hesabına özəl sektor əməliyyatlarının inkişafa təsirini maksimum artırmağa yönəlib.

“2030-cu strategiya çərçivəsində və regionumuzun üzləşdiyi mövcud çağırışları nəzərə alaraq AİB-in üzv ölkələrə ərzaq təhlükəsizliyinin təmin edilməsində, rəqəmsal uçurumun azaldılmasında, dayanıqlı enerji sistemlərinin inkişafında və iqlim dəyişikliyinə dayanıqlılığın gücləndirilməsində dəstək verməsinə ciddi ehtiyac var. Bütün bu istiqamətlər üzrə əvvəlkindən daha cəsarətli və daha sürətli hərəkət etməli, daha sıx əməkdaşlıq etməliyik”, – deyə məlumatda bildirilib.

Layihə AİB-in Özəl Sektor Əməliyyatları Departamentinin layihələrinin hazırlanması və həyata keçirilməsinin təkmilləşdirilməsi hesabına özəl sektorun, regional əməkdaşlığın, rəqəmsal transformasiyanın, dayanıqlılığın inkişafı və imkanların genişləndirilməsi üçün maliyyə həllərinin, bilik və tərəfdaşlıqların təqdim edilməsinin təkmilləşdirilməsinə yönəlib. Layihənin yekun nəticəsi olaraq özəl sektor əməliyyatlarının inkişafa təsirinin artırılması gözlənilir.

Qeyd edək ki, layihə çərçivəsində yüksək təsirə malik özəl sektor investisiyalarının cəlb edilməsi üçün layihə portfelinin formalaşdırılması və layihələrin hazırlanmasının gücləndirilməsi; özəl sektor layihələrinin icrasının təkmilləşdirilməsi; habelə nəticələrin qiymətləndirilməsinin səmərəliliyinin və özəl sektorun inkişafa təsiri ilə bağlı bilik mübadiləsinin artırılması kimi 3 əsas istiqamət müəyyənləşdirilib.

Bu arada, Azərbaycan Mərkəzi Bankı sədrinin birinci müavini Əliyar Məmmədyarovun Asiya İnkişaf Bankının Direktorlar Şurasının nümayəndə heyəti ilə görüşündə ölkəmizdəki makroiqtisadi vəziyyət, maliyyə sektorunda həyata keçirilən islahatlar, Azərbaycan Respublikasında maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasına AİB-in dəstək imkanları, o cümlədən yaşıl maliyyənin və kapital bazarlarının inkişafı ilə bağlı məsələlər müzakirə edilib.

Bununla yanaşı, AİB-in Azərbaycan üzrə Ölkə Tərəfdaşlıq Strategiyasının əsas istiqamətləri, Mərkəzi Bank ilə AİB arasında əməkdaşlığın inkişaf perspektivləri və gələcək texniki yardım layihələri müzakirə olunub.

Mərkəzi Bankın məlumatına əsasən, cari ilin birinci rübündə AİB-in ölkə iqtisadiyyatına birbaşa investisiyalarının həcmi 2 milyon 75 min ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrünün səviyyəsini 455 min ABŞ dolları və ya 28,1 faiz üstələyir.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Sentyabr 2026 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see714

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see350

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see349

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see318

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see306

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see302

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see283

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see281

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see269

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see259

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see236

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see236

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see224

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see223

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see219

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see217

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see202

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri