Bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalı artıb
Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dünyada enerji tələbatının artması və ekoloji problemlərin dərinləşməsi ölkələri alternativ enerji mənbələrinə daha çox yönəldir.
"Cebheinfo.az" xəbər verir ki, günəş və külək enerjisi artıq bir çox dövlətin enerji strategiyasında mühüm yer tutur.
Son statistik göstəricilər bu sahədə genişlənmənin sürətləndiyini və ənənəvi enerji mənbələrinə alternativ axtarışının yeni mərhələyə keçdiyini göstərir.
Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) 2026-cı ilin martında açıqladığı 2025-ci il statistik məlumatlarına əsasən, ötən il dünyada bərpa olunan enerji istehsalı üzrə quraşdırılmış güc 692 giqavat artıb. Bununla da ümumi göstərici 5 149 giqavata çatıb. İllik artım 15,5 faiz təşkil edib.
Yeni güclərin böyük hissəsi günəş və külək enerjisinin hesabına formalaşıb. Belə ki, 2025-ci ildə günəş enerjisi üzrə quraşdırılmış güc 511 giqavat, külək enerjisi üzrə isə 159 giqavat artıb. Bu iki mənbə birlikdə bərpa olunan enerji sisteminə əlavə edilən yeni gücün 96,8 faizini təşkil edib.
Regionlar üzrə göstəricilər də diqqət çəkir. 2025-ci ildə dünyada bərpa olunan enerji gücünə əlavə edilən yeni həcmin 74,2 faizi Asiyanın payına düşüb.
Afrika 15,9 faizlik artımla seçilib. Yaxın Şərqdə isə bərpa olunan enerji gücü əvvəlki illə müqayisədə 28,9 faiz yüksəlib.
Ümumi göstəricilərdə də regionlar arasında ciddi fərq var. 2025-ci ilin sonunda Asiyada bərpa olunan enerji üzrə quraşdırılmış güc 2 891 giqavata çatdığı halda, Mərkəzi Amerika və Karib hövzəsində bu rəqəm 21 giqavat olub.
Beləliklə, 2025-ci ilin nəticələri göstərir ki, bərpa olunan enerji sahəsində artımın əsas hərəkətverici qüvvəsi günəş və külək enerjisidir. Bununla yanaşı, yeni enerji güclərinin böyük hissəsinin müəyyən regionlarda cəmləşməsi bu sahədə qlobal imkanların hələ də bərabər bölüşdürülmədiyini göstərir.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:150
Bu xəbər 09 Noyabr 2026 17:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















