Asiya İnkişaf Bankının Prezidenti Bakıya səfər edib
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Asiya İnkişaf Bankının (AİB/ADB) yeni prezidenti Masato Kanda Bakıya səfər edib.
"APA-Economics" bu barədə Banka istinadən xəbər verir.
Masato Kanda bildirib ki, Azərbaycan Asiya və Avropa arasında strateji birləşdirici rolunu gücləndirir. Ölkədə yeni nəqliyyat dəhlizlərinin inkişafı, bərpa olunan enerji layihələrinin sürətləndirilməsi və iqtisadi diversifikasiya istiqamətində görülən işlər artım, ticarət və regional əməkdaşlıq üçün yeni imkanlar yaradır.
AİB rəhbəri qeyd edib ki, Bakıya səfəri mühüm bir vaxtda baş tutur. O, yaxın günlərdə yerli hökumət nümayəndələri və tərəfdaşlarla görüşərək bankın bu proseslərə göstərə biləcəyi dəstək istiqamətlərini müzakirə edəcək.
Qeyd edək ki, Masato Kanda rəsmi olaraq bu il fevralın 24-də Asiya İnkişaf Bankının 11-ci prezidenti kimi vəzifəsinin icrasına başlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 14 Noyabr 2025 11:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















