Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Asiya xalqları ədəbiyyatına həsr olunan beynəlxalq elmi konfrans seksiya iclasları ilə davam edib AZƏRTAC

Asiya xalqları ədəbiyyatına həsr olunan beynəlxalq elmi konfrans seksiya iclasları ilə davam edib AZƏRTAC

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 17 dekabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) keçirilən “Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” mövzusunda beynəlxalq elmi konfrans işini “Türk xalqları ədəbiyyatı”, “Müqayisəli ədəbiyyatşünaslıq”, “Şərqi Asiya xalqlarının ədəbiyyatı” və “Cənubi Asiya xalqlarının ədəbiyyatı” seksiyaları ilə davam etdirib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, seksiya iclaslarında Asiya xalqları ədəbiyyatının problemlərinə və mərhələlərinə, şəxsiyyətlərinin yaradıcılığına həsr olunmuş 50-yə yaxın məruzə dinlənilib.

“Türk xalqları ədəbiyyatı” adlı I seksiya iclasında Azərbaycan, Özbəkistan, Qazaxıstan alimləri çıxış ediblər. Seksiya iclasında “Rollan Seysenbayevin “Qaçış” romanında 1930-cu illər qazax reallıqlarının təsviri”, “Mahmud Xoca Behbudi yaradıcılığında Səfərnamə janrı”, “Berdibek Sokpakbayevin “Mənim adım Kojadır” əsərində qazax həyatının əksi”, “Çolpanın “Tufan” şeiri haqqında (Anadolunun müzəffər ordularına həsr edilən şeir)”, “Türkmən ədəbiyyatının zirvəsi Məhtimqulu Fəraqi”, “Qazaxıstanda sinxron tərcümənin əhəmiyyəti”, “Orta Asiya xalqlarında “Oyanış dövrü” poeziyasında oxşarlıqlar” və digər mövzularda məruzələr dinlənilib.

“Müqayisəli ədəbiyyatşünaslıq” adlı II seksiya iclasında Azərbaycan, Türkiyə və Latviya alimləri çıxış ediblər. Tədbirdə “Transmilli plan üzrə ədəbi tədqiqlər: müqayisəli ədəbiyyat”, “Türk və Koreya mifoloji düşüncəsində ortaq xüsusiyyətlər”, “İki mədəniyyət, iki qadın: “Söyüdlü arx” və “Sinekli Bakkal” romanlarında qadınlığın təcəssümü”, “Şərq-Qərb ədəbiyyatlarının kəsişməsi: universallıq, əlaqələr və təsirlər”, “Şumer-Azərbaycan (türk) ədəbi əlaqələrinin müqayisəli öyrənilməsi məsələləri” və digər mövzularda məruzələr dinlənilib.

“Şərqi Asiya xalqlarının ədəbiyyatı” adlı III seksiya iclasında “Haruki Murakami romanlarında bədii məzmun və təhkiyə xüsusiyyətləri”, “Ba Jin yaradıcılığının ideya istiqamətləri”, “Kazuo İşiquro yaradıcılığında Asiya həyatı və mədəniyyətinin bədii əksi (“Dəyişən dünyanın rəssamı” romanının materialları əsasında)”, “Çin və Azərbaycan mədəniyyəti sivilizasiyaların toqquşması fonunda”, “Na Do-hyang yaradıcıllğında romantiz və realizmin bədii əksi”, “Monqolların gizli tarixi” əsərində Çingiz xan obrazı: ideal qəhrəman konsepsiyası” və digər mövzularda çıxışlar olub.

Beynəlxalq konfransın Cənubi Asiya xalqlarının ədəbiyyatına həsr olunmuş IV seksiyasında Azərbaycan, Vyetnam, Çin alimlərinin məruzələri dinlənilib. Tədbirdə “Vyetnam və italyan xalqlarının ədəbiyyat və həyat tərzinə müqayisəli yanaşma”, “Cəmiyyət və sənət: zamanın inikası”, “Əfqanıstanın qarabağli azərbaycanlıları: mədəniyyəti və tarixi”, “Məhəmməd İqbal və Azərbaycan ədəbiyyatı”, “Rabindranat Taqorun bədii yaradıcılığının janr xüsusiyyətləri və problematikası” və digər mövzularda məruzələr təqdim edilib.

Daha sonra beynəlxalq konfransın bağlanış mərasimi olub. Mərasimdə çıxış edən AMEA-nın Humanitar Elmlər Bölməsinin Elmi şurasının sədrinin müavini akademik Teymur Kərimli tədbirdə bir çox Asiya xalqlarının aparıcı elm və təhsil mərkəzlərinin nümayəndələrinin iştirakının təqdirəlayiq olduğunu bildirib, seksiya iclaslarındakı məruzələrin geniş mövzuları əhatə etdiyini bildirib. Qeyd edib ki, uzun illər sonra Bakıda ilk dəfə Asiya ölkələri ədəbiyyatı ilə bağlı belə mötəbər bir tədbirin keçirilməsi Azərbaycanın dünyada artan nüfuzunun, eləcə də Asiya xalqlarının dövlətimizə olan münasibətinin göstəricisidir. Akademik Teymur Kərimli tarixi beynəlxalq konfransın növbəti illərdə Asiya xalqları arasında ədəbi, mədəni əlaqələrin inkişafına öz töhfəsini verəcəyini söyləyərək tədbirə yekun vurub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Dekabr 2024 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri