Icma.az
close
up
RU
Azərbaycan alimi qaraqalpaq ədəbiyyatına verdiyi töhfələrə görə təltif olunub AZƏRTAC

Azərbaycan alimi qaraqalpaq ədəbiyyatına verdiyi töhfələrə görə təltif olunub AZƏRTAC

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 20 noyabr, AZƏRTAC

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru Nəzakət Məmmədli Özbəkistanda keçirilmiş “Hacıniyaz Kosıbay oğlu: Bəylər, tərif edim Qalpaq yurdunu” kitabının təqdimat mərasimində iştirak edib. Tədbir qaraqalpaq xalqının böyük şairi Hacıniyaz Kosıbay oğlunun anadan olmasının 200 illik yubileyinə həsr edilib.

Əlyazmalar İnstitutundan AZƏRTAC-a bildirilib ki, Nəzakət Məmmədli Özbəkistanın Berdağ adına Qaraqalpaq Dövlət Universitetində keçirilən təqdimat mərasimində çıxış edərək qaraqalpaq-Azərbaycan ədəbi əlaqələrindən, Hacıniyaz yaradıcılığının bədii xüsusiyyətlərindən danışıb. Qeyd edək ki, N.Məmmədli təqdimatı keçirilmiş “Hacıniyaz Kosıbay oğlu: Bəylər, tərif edim Qalpaq yurdunu” adlı şeirlər kitabının tərtibçisi olmaqla yanaşı, həm də tərcüməçisi, orada yer alan qeyd və izahların, giriş məqaləsinin və lüğətin müəllifidir.

Növbəti gün N.Məmmədli Nökis şəhərində yerləşən Ok Kuş kompleksində “Hacıniyaz Kosıbay oğlu – 200” adlı beynəlxalq elmi-nəzəri konfransın açılış mərasimində iştirak edib və qaraqalpaq ədəbiyyatına verdiyi töhfələrə görə Özbəkistanın Qaraqalpaqıstan Respublikası Ali Məclisinin “Fəxri üzvlük diplomu” ilə təltif olunub.

Azərbaycanlı alim konfrans çərçivəsində keçirilmiş bölmə iclaslarında “Hacıniyaz və Azərbaycan aşıq ədəbiyyatı” mövzusunda məruzə edib, çıxışına görə Beynəlxalq Türk Akademiyasının təşəkkürnaməsi və təşkilatçı qurumların sertifikatına layiq görülüb.

Qeyd edək ki, təqdimat mərasimi və beynəlxalq elmi-nəzəri konfrans Beynəlxalq Türk Akademiyası, Qaraqalpaq Dövlət Universiteti və Qaraqalpaq Humanitar Elmlər İnstitutunun birgə təşkilatçılığı ilə keçirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2024 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see259

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see253

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see248

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see239

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see232

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see230

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see216

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see215

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see211

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see205

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see189

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see184

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see180

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see180

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see178

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see160

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see159

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see154

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see143

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri