Icma.az
close
up
RU
AMEAda “Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” mövzusunda beynəlxalq elmi konfrans keçirilib AZƏRTAC

AMEAda “Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” mövzusunda beynəlxalq elmi konfrans keçirilib AZƏRTAC

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 16 dekabr, AZƏRTAC

Dekabrın 16-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Asiya xalqlarının ədəbiyyatına dair AMEA-da işıq üzü görmüş nəşrlərdən ibarət sərgiyə baxış keçiriblər.

Giriş nitqi ilə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli uzun zaman diqqətdən kənarda qalmış Asiya ölkələri ədəbiyyatı ilə bağlı Bakıda keçirilən ilk beynəlxalq elmi konfransın tarixi əhəmiyyət daşıdığını bildirib.

Keçmiş sovetlər birliyi dönəmində Qərb ölkələrinin ədəbiyyatı, mədəniyyəti və siyasətinin daha çox öyrənildiyini deyən akademik İsa Həbibbəyli bildirib ki, həmin dövrdə ictimai fikirdə bir Asiya boşluğu yaranmışdı. O, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizdə Asiya ölkələri ilə bağlı silsilə tədqiqatların aparıldığını diqqətə çatdırıb.

Akademik İsa Həbibbəyli bu məqsədlə AMEA-da Asiya ədəbiyyatını öyrənən ayrıca şöbənin yaradıldığını, Ədəbiyyat İnstitutunda Çin Mərkəzi, Pakistan Ədəbiyyatı Mərkəzi, Mehmet Akif Ərsoy Mərkəzi, Əlişir Nəvai adına Ədəbiyyatşünaslıq Mərkəzi, eləcə də Məhtimqulu Fəraqi Türkmən Ədəbiyyatı Mərkəzinin fəaliyyətə başladığını söyləyib. Qeyd edib ki, bütün bunlar Asiya ölkələrini əhatə etsə də, akademiyada Qərb ədəbiyyatının tədqiqi də davam etdirilir, həmçinin alimlər Afrika ədəbiyyatını öyrənməkdə də maraqlıdırlar.

Ədəbiyyat İnstitutunda Dünya ədəbiyyatı və komparativistika şöbəsinin də fəaliyyət göstərdiyini söyləyən AMEA rəhbəri həmin şöbədə Qərb, Avropa və Amerika ədəbiyyatları ilə bağlı tədqiqatların aparıldığını diqqətə çatdırıb. Bundan başqa, o, Ədəbiyyat İnstitutunda Türk xalqları ədəbiyyatı şöbəsinin və Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələri şöbəsinin fəaliyyət göstərdiyini qeyd edib.

AMEA rəhbəri bu günlərdə UNESCO-nun mənzil-qərargahında Türk dünyasının ən qiymətli kitablarından biri - Mahmud Kaşğarinin məşhur “Divanü lüğat-it-türk” əsərinin 950 illiyi çərçivəsində AMEA tərəfindən üç cilddə Azərbaycan dilində çap olunmuş sözügedən kitabın təqdimatının keçirildiyini xatırladıb. Onun sözlərinə görə, “Divanü lüğat-it-türk” əsərinin UNESCO-da təqdimatı Asiya ədəbiyyatının UNESCO zirvəsinə qaldırılması deməkdir. Bu, həmçinin UNESCO zirvəsindən AMEA nəşrinin təqdimatı kimi böyük əhəmiyyətə malikdir.

İsa Həbibbəyli bildirib ki, AMEA ilə Çin İctimai Elmlər Akademiyası arasında əməkdaşlıq haqqında müqavilə, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Pakistan Ədəbiyyat Akademiyası arasında Anlaşma Memorandumu, eləcə də AMEA ilə Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu və Türkiyə Elmlər Akademiyası arasında əməkdaşlıq müqavilələri imzalanıb. AMEA-nın qardaş Türkiyənin, Qazaxıstanın və Özbəkistanın onlarla universiteti ilə əməkdaşlıq etdiyini söyləyən alim akademiyanın Vyetnam ilə əməkdaşlıqda da maraqlı olduğunu bildirib.

Akademiya rəhbəri son illərdə AMEA-nın dünyanın ən nüfuzlu elmi qurumları olan Beynəlxalq Elmi Şuraya, Akademiyalararası Tərəfdaşlıq Assosiasiyasına, həmçinin Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasına və Avrasiya Universitetlər Birliyi kimi akademik qurumlara üzv seçildiyini xatırladıb. O, eyni zamanda, Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının Filippinin paytaxtı Manila şəhərində keçirilmiş Baş Assambleyasının iclasında çıxış etdiyini bildirib.

Çıxışının sonunda AMEA prezidenti Azərbaycan ədəbiyyatını, mədəniyyətini, ölkəmizi Asiya xalqlarına daha dərindən tanıtmaq, sözügedən sahələrin tədqiqatçıları ilə yaxından tanış olmaq və gələcəkdə ortaq layihələr formalaşdırmaq baxımından konfransın önəmini qeyd edib, beynəlxalq tədbirin işinə uğurlar arzulayıb. Akademik İsa Həbibbəyli vurğulayıb ki, yeni təmasların və dostluqların yaranması, yeni əməkdaşlıqların formalaşması və elmi əlaqələrin dərinləşməsi baxımından platforma rolunu oynayacaq bugünkü beynəlxalq konfrans həm də Avrasiya sintezi yaratmaq imkanlarına malikdir.

Daha sonra Asiya Elmlər Akademiyası və Cəmiyyətləri Assosiasiyasının prezidenti professor Əhməd Nuri Yurdusev, Pakistan Ədəbiyyat Akademiyasının prezidenti professor Najeeba Arif, Çin Sosial Elmlər Akademiyasının Ədəbiyyat Tədqiqatları İnstitutunun direktor əvəzi professor Lu Yusong, Vyetnam Hanoy Universitetinin əməkdaşı Nguyen Van Çien, Özbəkistanın Fərqanə Dövlət Universitetinin Ədəbiyyatşünaslıq kafedrasının müdiri professor Mənzurə Jurayeva, Qazaxıstanın Abay adına Qazax Milli Pedaqoji Universitetinin əməkdaşı Janakul Sametova, Hindistanın Camiə Milliyə İslam Mərkəzi Universitetinin Xarici Dillər Departamentinin əməkdaşı dosent Nouşad, Yaponiyanın ölkəmizdəki səfirliyinin attaşesi İvasaki Takamasa və Monqolustanın Azərbaycandakı fəxri konsulu Könül Əlizadə çıxış edərək konfransın Asiya ölkələri arasında elmi əlaqələrin genişlənəcəyinə töhfə verəcəyini bildiriblər.

Tədbirdə Cənubi Koreyanın Seul Milli Universitetinin Koreya dili və ədəbiyyatı kafedrasının professoru Bang Min-Ho “Şərqi Asiya diskursu və Koreya ədəbiyyatının yeni gələcəyi”, Çin Sosial Elmlər Akademiyasının Ədəbiyyat Tədqiqatları İnstitutunun direktor əvəzi professor Lu Yusong “Çin ədəbiyyatının xalq mərkəzli təbiəti: təkamül və missiya”, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri professor Bədirxan Əhmədli “Asiya ədəbiyyatında doğu-batı diskursu: Koreya, yapon və əfqan romanları konteksində” mövzusunda məruzələrlə çıxış ediblər.

Konfrans öz işini “Türk xalqları ədəbiyyatı”, “Müqayisəli ədəbiyyatşünaslıq”, “Şərqi Asiya xalqlarının ədəbiyyatı”, “Cənubi Asiya xalqlarının ədəbiyyatı” seksiyaları ilə davam edib.

Beynəlxalq tədbir dekabrın 18-də başa çatacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Dekabr 2024 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri