Icma.az
close
up
RU
Aslan Kərimov: “Fənərbaxça” “Qalatasaray” derbisi qədər gərgin matç izləyəcəyik

Aslan Kərimov: “Fənərbaxça” “Qalatasaray” derbisi qədər gərgin matç izləyəcəyik

Apasport saytına istinadən Icma.az xəbər verir.

"Bəlkə də 2025-ci ilin ən gərgin oyunlarını izləyəcəyik".

Bu sözləri apasport.az saytına açıqlamasında Aslan Kərimov deyib.

Keçmiş futbolçu bu gün keçiriləcək Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunları barədə bunları söyləyib: 

"Oyun keyfiyyəti barədə deyə bilmərəm, amma, bəlkə də “Fənərbaxça” – “Qalatasaray” derbisi qədər gərgin matç izləyəcəyik . Hər iki matç da gərgin keçəcək. Xüsusən də, “Neftçi” və “Sabah” arasındakı qarşılaşma. Bu cüt arasında hədindən artıq gərgin oyun gedəcək. Bu baxımdan hesab edirəm ki, ən maraqlı qarşılaşma elə “Neftçi” və “Sabah” arasında olacaq". 

Kərimov revanş matçında "Neftçi"nin şanslarını belə dəyərləndirib: 

"Düşünürəm ki, “Neftçi”nin geridönüş etmək imkanı olmayacaq. Məsələn, texniki tərəfdən yanaşası olsaq, “Sabah” - “Neftçi” cütündə Masazır təmsilçisinin şansları mənə görə 5-10 faiz daha yüksəkdir. Bu fikri deməkdə də əsas səbəblərdən biri odur ki, hər iki komanda daxili cempionatda o qədər də uğurlu çıxış edə bilmirlər. Əslində, çox yaxşı keçirdikləri bəzi oyunlar oldu ki, bu oyunlarda məğlub duruma düşdülər. Və hər iki komandanın müdafiə olunarkən buraxdıqları bəzi səhvlər var. Bəs, “Sabah” niyə “Neftçi”dən daha öndədir? Çünki “Sabah”ın müdafiə xətti “Neftçi”yə görə daha stabil görsənir və onlar, məsələn, arxadan kombinasiyalı şəkildə oyun qurarkən o qədər də çox səhvə yol vermirlər. “Sabah” daha çox motivasiyasız olduğu zaman qollar buraxır. Amma “Neftçi” həddindən artıq fərdi səhvlərə yol verib yaxşı oynadıqları matçı da uduzurlar. Digər bir faktor isə “Sabah”ın cinah hücumçuları “Neftçi”nin hücumçularına nəzərən daha effektivdirlər. “Sabah”ın qalib gəldiyi oyunlara baxsaq, görərik ki, işin çox hissəsini cinah oyunçuları həll edir. Ümumi olaraq, ən həlledici mövqelərdə “Sabah” “Neftçi”ni üstələyir. 

Ona görə də cavab oyununda, “Neftçi”nin geridönüş etmə şansları çox azdır. Çünki hücum potensialı yoxdur və cinahda oynayan oyunçuları o qədər də effektli deyil. Bu səbəblə “Sabah”ın finala keçəcəyi daha inandırıcıdır". 

Veteran futbolçu "Qarabağ"ın finala adlayan tərəf olacağını vurğulayıb: 

“Qarabağ” turu keçmək iqtidarındadır. Bunun üçün kifayət qədər potensialları da var. "Qarabağ"ın heyətində çıxış edən futbolçular həqiqətən də çox keyfiyyətli oyunçulardır. "Araz-Naxçıvan" üçün çətin matç olacaq, çünki "Qarabağ"ın yüksək potensialı var, hər halda bu oyunçulara qarşı oynamaq asan olmayacaq. Ən azından ilk oyundakı qədər təziq göstərməlidirlər ki, nəsə edə bilsinlər. Və "Araz" turu keçmək üçün qol imkanlarından maksimum istifadə etməlidir. Bunu nə qədər bacaracaqlar şübhə doğurur. Amma inanmıram ki, "Qarabağ" tam heyətlə oynayacağı halda "Araz-Naxçıvan" bunun öhdəsindən gələ bilər. Buna görə də, mən düşünürəm ki, bu cütün də qalibi "Qarabağ" olacaq".

Azərbaycan kubokunda finalın adı bəlli olur: "Sabah", yoxsa "Neftçi"? Azərbaycan kuboku: "Araz-Naxçıvan" "Qarabağ"a qarşı - YENİLƏNİR “Neftçi”də 5 itki Adil Şükürov: “Bizə hədəfi vurmaq üçün bir atış şansı verilir” “Şəfa”dan darmadağın, Şimal derbisində 6 qol
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://apasport.az
archiveBu xəbər 23 Aprel 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri