Icma.az
close
up
RU
AŞPA ya müraciət edən təşkilatlar insan haqlarını alver mövzusuna çeviriblər

AŞPA ya müraciət edən təşkilatlar insan haqlarını alver mövzusuna çeviriblər

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müşfiq ƏLƏSGƏRLİ,
media eksperti

Bir qrup beynəlxalq hüquq-müdafiə təşkilatı yanvarın 22-də Avropa Şurası Parlament Assambleyasına  müraciət edərək, Azərbaycanın bu qurumda səlahiyyətlərini bərpa etməməyə çağırıblar. Müraciət müəllifləri  hesab edirlər ki, Assambleyanın  2025-ci il yanvar sessiyası çərçivəsində  Azərbaycanın  üzvlüyü kontekstində yeni ölçü meyarları hazırlanmalı, ölkəmiz qarşısında əlahiddə şərtlər qoyulmalıdır. Azərbaycan bu şərtləri qəbul etməzsə, üzvlüyün bərpası təxirə salınmalıdır. 

Müraciəti “Human Rights Watch”, “Freedom Now”,  İnsan Hüquqları Evləri Fondu, Jurnalistləri Müdafiəsi Komitəsi,  Beynəlxalq İnsan Hüquqları Federasiyası, İnsan Hüquqları üzrə Beynəlxalq Tərəfdaşlıq, Niderland Helsinki Komitəsi, Norveç Helsinki Komitəsi və İşgəncələrə Qarşı Ümumdünya Təşkilatı imzalayıblar.

Adıçəkilən təşkilatlar Azərbaycan əleyhinə son fəaliyyətlərini AŞPA-ya müraciət ünvanlamaqla bitirməyiblər. İstəklərinə nail olmaq üçün çoxşaxəli  kampaniyaya başlayıblar. Prosesə yeni elementlər qatmaqla, onu bütün həftə boyunca davam etdiriblər. Məsələn,  “Human Rights Watch” təşkilatı  “2024-cü ildə dünyada insan hüquqları sahəsində vəziyyət”lə bağlı illik hesabatını  ötən həftə dərc edib. Hesabatın Azərbaycana aid hissəsində ölkəmizə qarşı qondarma ittihamlara yer verib. HRW öz hesabatını bu təşkilatların AŞPA-ya ünvanladığı müraciətə uyğunlaşdırıb. Sinxron hərəkətlər etməklə beynəlxalq ictimai rəyi çaşdırmağa, ölkəmiz haqqında neqativ imic formalaşdırmağa, yekun olaraq Azərbaycanın AŞPA-da üzvlüyü ilə bağlı qərara təsir göstərməyə təşəbbüs edib. 

“Human Rights Watch”  öz hesabatını “insan haqlarının müdafiəsi” adı ilə pərdələyir. Guya ki, Azərbaycanda  insan haqlarının qorunması yönündə töhfələr vermək istəyir. Reallıqda isə bu mövzunu manipulyasiya edir, fərqli məqsədlər güdür. Məsələn, hesabatın başlanğıcında “məhkəmə araşdırmasına cəlb edilmiş QHT və KİV təmsilçiləri” mövzusuna toxunur. Amma bu sırada Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, Azərbaycan əleyhinə fəaliyyətdə şübhəli bilinərək istintaqa cəlb edilmiş şəxslərin də məsələsini qaldırır. “İstintaq prosesinin gedişində onların hüquqlarının pozulduğunu” iddia edir. Azərbaycan əleyhinə təbliğata qoşulmuş, “erməni şəbəkəsi”nin təsirinə düşərək ölkəmizə qarşı təxribatçı əməllər törətmiş şəxslərin əsl günahlarının üzərindən keçir. “İstintaq prosesində hüquq pozuntuları” kontekstində faktlar uydurmaqla, onların fəaliyyətinə haqq qazandırmağa çalışır. “İnsan haqlarının qorunması” adı ilə bu şəxslərin müdafiəsini  təşkil edir.  

Əslində, HRW-nin fəaliyyəti həmişə belə ziddiyyətli, anlaşılmaz olub. Diqqətli oxucular xatırlayar: təşkilat 2020-ci il üzrə hesabatını açıqlayarkən, orada “II Qarabağ müharibəsinin doğurduğu nəticələr”ə də yer ayırmışdı. II Qarabağ müharibəsi barədə elə təsvir vermişdi ki, sanki Azərbaycan işğal altında olan  ərazilərini azad etməyib. Əksinə, Ermənistana hücum edərək  onun torpaqlarını ələ keçirib. Hesabatda qeyd olunurdu ki, “müharibənin gedişində Ermənistan tərəfində azı 71, Azərbaycan tərəfində isə 54 məktəb dağıdılıb”. 

HRW  ekspertləri Ermənistanı haqlı çıxarmaq, Azərbaycanı təcavüzkar kimi qələmə vermək üçün hər fürsətdən faydalanıblar. II Qarabağ savaşından sonra hazırladıqları bütün  hesabatlarda bu tendensiya xüsusilə qabarıq görünüb. Onlar Azərbaycan Silahlı Qüvvələrini “erməni əsirlərini fiziki zorakılığa və alçaldıcı hərəkətlərə məruz qoyduğu üçün” qınayıblar.  Həmçinin  “..erməni mülki şəxslərə, hətta yaşlı insanlara, uşaqlara qarşı işgəncə törətdiklərinə, məhkəməsiz edam hallarına yol verdiklərinə görə..” ittiham ediblər. Bu kontekstdən yanaşsaq, HRW AŞPA-ya müraciət edib Azərbaycanın üzvlüyünü bərpa etməməyə çağıran təşkilatların sırasında görünməsi təəccüb doğurmaz. 

Təkcə “Human Rights Watch”  təşkilatı deyil, Azərbaycan əleyhinə AŞPA-ya müraciət ünvanlamış təşkilatların hər birinin fəaliyyəti bu cür nüanslarla doludur. Məsələn, mərkəzi ofisi Amerika Birləşmiş Ştatlarında yerləşən Jurnalistləri Müdafiə Komitəsi adından da göründüyü kimi, jurnalistlərin hüquqlarını qorumalı olan beynəlxalq təşkilatdır. Amma bu təşkilat Azərbaycan jurnalistlərinin hüquqlarının pozulduğunu göstərən real faktların heç birinə ciddi reaksiya verməyib. O, I və II  Qarabağ savaşı dövründə Ermənistanın işğalçılıq siyasətinin qurbanına çevrilmiş Azərbaycan jurnalistlərinin problemlərinə heç zaman münasibət bildirməyib. Məlumat üçün qeyd edək ki, 1990-cı illərin əvvəllərindən başlayaraq, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın Qarabağ regionunda və ona bitişik rayonlarda əvvəlcədən fəaliyyət göstərmiş 9 qəzet, 1  Televiziya redaksiyası tamamilə dağıdılıb. Həmçinin, bu redaksiyalarda çalışmış  85 nəfər jurnalist,  37 nəfər texniki işçi məcburi köçkünə, qaçqına çevrilib, fəaliyyətlərində ciddi problemlər yaranıb. 11 nəfər azərbaycanlı jurnalist şəhid olub, 8 nəfər ağır fiziki xəsarətlər alıb.  2020-ci ilə qədər bu redaksiyaların, jurnalistlərin hüquqları bərpa olunmamış qalıb. KPJ-nin saytına baxsanız, həmin redaksiyalar və jurnalistlər barədə bircə cümlə informasiya görməzsiniz. Onların hüquqlarının bərpası, haqlarının tanınması yönündə KPJ-nin hər hansı bir fəaliyyətinə rast gəlməzsiniz. Bu cinayətləri törətdiyinə görə, Ermənistan tərəfinin qınanması faktına rastlaşmazsınız. Real faktların üzərindən keçən KPJ əvəzində həmişə Azərbaycana qarşı hücumda olub, qondarma faktlara əsaslanaraq, yanlış bəyanatlar verərək, ölkəmizin adını ləkələməyə çalışıb. 

Bu cür tendensiyalı davranışların  səbəbləri vardır. KPJ kimi təşkilatlar müstəqil qurumlar deyillər. Onlar özlərini “müstəqil beynəlxalq təşkilatlar” adlandırsalar da,  Qərb siyasi mərkəzlərinin, böyük dövlətlərin, həmçinin, “erməni şəbəkəsinin”  əlində alətə çevriliblər. ABŞ, Avropa İttifaqı hansı ölkəni hədəfə alıb hücum edirlərsə, KPJ və digər dırnaqarası təşkilatlar da müxtəlif formalı bəyanatlar verərək həmin dövlətləri ləkələməyə çalışırlar. KPJ və digər 9 təşkilatın imzası ilə Avropa Şurasına göndərilən bəyanat da bu xarakterdədir. Belə davranış beynəlxalq təşkilata yaraşmayan hərəkətdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Yanvar 2025 23:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri