Icma.az
close
up
RU
Ölən ulduzun səs yazısını mahnıya çeviriblər

Ölən ulduzun səs yazısını mahnıya çeviriblər

Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


NASA (ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi) alimləri ölən, proseslər nəticəsində qara dəliyə çevrilən və sanki uca bir səslə qışqıran ulduzlardan qeydə alınan səslərini musiqiyə çeviriblər. Mütəxəssislər bu səsləri əvvəlcə tədqiqatçılara, sonra ictimaiyyətə təqdim ediblər.
Reyting.az
xəbər verir ki, alimlər kosmik teleskoplar vasitəsilə əldə edilən yeni elmi məlumatları kainatın səs mənzərələrinə çevirə biliblər.
Sonsuz kainatdan, çox uzaq ulduzlardan eşidilən, qeydə alınan və həmçinin qara dəliklərin müşahidələrinə əsaslanmaqla, tamamilə gözəl bir musiqi səsinə uyğunlaşdırılmış ulduzun səsini NASA saytında dinləmək mümkündür.
Sonifikasiya - hər hansı digər məlumatın səsə çevrilməsidir. Bu dəfə mütəxəssislər əsas informasiya mənbələri kimi seçilmiş "Chandra X-ray" rəsədxanasının rentgen observatoriyasından, alternativi olmayan "James Webb" kosmik peykindən, üstəlik, "Imaging X-ray Polarimetry Explorer" aparatı daxil olmaqla, NASA-nın müxtəlif kosmik teleskopları tərəfindən toplanmış məlumatları emal ediblər. Nəticələrdən məmnun qalan alimlərin fikrincə, onların əldə etdikləri qara dəliklər haqqında əsl trilogiyadır. Bu trilogiyada birinci hissənin özü elə yeni musiqi ilə başlayıb.
Alimlərin araşdırmasına görə, bu, həm də qara dəliyin yenidən doğulmasına işarə edən bir müqəddimədir. "WR124" yerdən təqribən 28.000 işıq ili uzaqlıqda yerləşsə də, son dərəcə parlaq, həmçinin çox qısa ömürlüdür. Tədqiqatçılar kainat möcüzəsi olan bu nəhəng ulduza "Wolf-Rayet" adı veriblər. Elm adamları deyirlər ki, əslində belə ulduzlar xarici təbəqələrini kosmosa atandan sonra "Webb" peyk təsvirlərində olduğu kimi, infraqırmızı işıqda çox aydın sezilən möhtəşəm dumanlıqlar yaradırlar. Sonifikasiyada dumanlıq fleyta nəğməsi, fon ulduzları isə sanki zəng kimi səslənir. Mərkəzdə ulduzun qaynar nüvəsi yerləşir, o, fövqəlnova kimi partlaya, eyni zamanda, çökməklə, geridə qara dəlik yarada bilər.
Alimlərin qeydə aldığı videoda görsənir ki, skan mərkəzdən xaricə doğru hərəkət etdikcə, genişlənən dairə təsvirinə bənzəyir və bu ərəfədə "Chandra" tərəfindən aşkarlanan rentgen mənbələri musiqi aləti arfa kimi səslənməyə başlayır. Beləliklə, "James Webb" kosmik peyki bütün məlumatların zəngə çevrildiyinin şahidi olur.
Mərkəzi ulduzdan gələn işıq isə tamamilə çığırtı kimi səslənməyə başlayır ki, bu da simvolikdir. Mütəxəssisləri deyirlər ki, əgər elm adamları hesablamalarında səhv etməyiblərsə, deməli, nəhəng ulduz son milyonlarla ilini yaşayır.
Ölən ulduzdan toplanan bu kompozisiya "Herschel" və "Spitzer", həmçinin "WISE" infraqırmızı teleskoplarının "ifa etdiyi" qeyri-adi akkordlarla tamamlanır.
İkinci qeydə alınan səs yazısında duet - ikili sistem "SS 433", yəni elm adamları söylədikləri kimi təxminən 18 000 işıq ili uzaqlıqda yerləşən bir ulduzun digəri ilə rentgen şüalarında əks olunmuş mahnısı, "oxuyanlar" var.
Üçüncü, sonuncu fakt isə Yer kürəsindən təqribən 12 milyon işıq ili uzaqlıqda yerləşən, o cümlədən nəhəng qalaktikalardan hesab edilən "Centaurus A"-nın mərkəzində mövcud olan, güclü bir reaktiv jet buraxan superkütləvi qara dəlikdən bəhs edir ki, məhz buradan da, tez-tez "nəğmə səsləri" eşidilir.
Səs yazısı: My Webpage
Oqtay QORÇU
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://reyting.az
archiveBu xəbər 15 May 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see455

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see340

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see287

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see281

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see238

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see234

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see231

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see224

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see224

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see219

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see218

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see215

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see208

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see199

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see188

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see174

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see174

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri