“Associated Press”: ABŞ və İran atəşkəsin uzadılması barədə razılığa gəlib
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ və İran danışıqların davam etdirilməsi üçün mövcud atəşkəsin 22 aprel tarixindən sonra da uzadılması barədə prinsipcə razılığa gəlib.
Bu barədə “Associated Press” vasitəçilərə istinadən məlumat yayıb.
Region rəsmilərinin sözlərinə görə, ABŞ və İran arasında atəşkəsin uzadılması istiqamətində vasitəçilik səylərində irəliləyiş var və tərəflərin yaxın vaxtlarda yenidən danışıqlar masasına qayıtması gözlənilir.
Rəsmilər qeyd ediblər ki, vasitəçilər 22 apreldə başa çatmalı olan atəşkəsin ən azı daha iki həftə uzadılmasını və bunun diplomatiyaya əlavə imkan verməsini hədəfləyir. Onların sözlərinə görə, hər iki tərəf atəşkəsin uzadılmasına prinsipcə razılıq verib.
Vasitəçilik prosesində iştirak edən rəsmilərdən biri bildirib ki, əsas üç mübahisəli mövzu - nüvə proqramı, Hörmüz boğazı və müharibə təzminatları üzrə kompromis hazırlanır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 15 Aprel 2026 15:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















