Icma.az
close
up
RU
Astanada XIX XX əsrlərə aid nadir arxiv materialları nümayiş etdirilib

Astanada XIX XX əsrlərə aid nadir arxiv materialları nümayiş etdirilib

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Astana, 29 aprel, AZƏRTAC

Astanadakı Maqsut Narikbayev Universitetində “Mərkəzi Asiyanın Qərb tədqiqatçıları və XIX-XX əsrlərin səyyahlarının gözü ilə qavranılması” layihəsi çərçivəsində birinci sərginin açılışı olub.

AZƏRTAC xəbər verir ki, tədbir zamanı regionun həmin tarixi dövrdə həyatını aydın şəkildə əks etdirən nadir arxiv materialları nümayiş etdirilib.

İlk sərgi Macarıstanın Qazaxıstandakı səfirliyi ilə birgə təşkil olunub və məşhur macar şərqşünası və səyyahı Arminius Vamberinin yaradıcılığına həsr edilib.

Sərgidə onun “Mərkəzi Asiyaya səyahət” (1868) kitabından rəqəmsal formatda parçalar, həmçinin tarixi fotoşəkillər toplusu nümayiş etdirilir. Sərgi Qazaxıstanın Elm və Ali Təhsil və Xarici İşlər nazirliklərinin, diplomatik korpusun nümayəndələrinin, tarixçilərin, beynəlxalq ekspertlərin və jurnalistlərin iştirakı ilə keçirilib.

Macarıstanın Qazaxıstandakı səfiri Otto İvan Rona deyib: “Bu sərgi türkologiyanın bir elm kimi inkişafını və Macarıstanda formalaşmasını əks etdirən əlamətdar hadisədir. Arminius Vamberi dünya türkologiyasının banilərindən biridir. O, tədqiqatını Mərkəzi Avropada məskunlaşan macar tayfalarının mənşəyinin tapılmasına həsr edib. Məhz bu alim günümüzdə aktuallığını qoruyan bir müzakirənin təşəbbüskarı olub: macar dili türk, yoxsa fin-uqor dilləri qrupuna aiddir? Vamberinin əsərləri Macarıstanla Mərkəzi Asiya xalqları arasında mənəvi əlaqə üçün möhkəm zəmin yaratdı”.

Bundan əlavə, Qazaxıstan Prezidenti yanında Strateji Araşdırmalar İnstitutunun direktoru Yerkin Tukumov da sərginin əhəmiyyətindən və aktuallığından danışıb. O vurğulayıb: “Min illərdir ki, Mərkəzi Asiyanın geniş çölləri, səhraları və şəhərləri sivilizasiyalar arasında körpü rolunu oynayıb, habelə tacirlərin, filosofların və macəraçıların təkcə malları deyil, həm də ideya və ilhamı qitələr arasında daşıdığı yer olub”.

Layihə Qərb etnoqraflarının, səyyahlarının, şərqşünaslarının və dilçilərinin baxışları prizmasından Mərkəzi Asiyanın tarixi irsini populyarlaşdırmaq məqsədi daşıyır. Arxiv materiallarının, o cümlədən “National Geographic” kimi nüfuzlu nəşrlərin məqalələrinin rəqəmsallaşdırılması ziyarətçilərə müxtəlif tarixi dövrlərdə regiondakı həyat, mədəniyyət və siyasətin necə qəbul edildiyini göstərməyə imkan verib.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:229
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Aprel 2025 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri