Astanada VIII IX əsrlərə aid qədim türk dilində nadir əlyazmalar təqdim olunub
Icma.az bildirir, Azertag portalına istinadən.
Astana, 19 fevral, AZƏRTAC
“Turan” Universitetində Milli Əlyazmalar və Nadir Kitablar Mərkəzi tərəfindən təşkil olunan “Böyük çöl tarixinin yazılı irsi” sərgisi təqdim edilib.
AZƏRTAC Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, sərgi Böyük çölün yazılı irsinə və onun qədim dövrdən bu günə qədər inkişaf mərhələlərinə həsr olunub.
Sərgidə VIII-IX əsrlərə aid qədim türk dilində nadir əlyazmalar, Qaraxanlılar, Qızıl Orda və Qazax xanlığı dövründən ərəb, fars və çağatay dillərində sənədlər, eləcə də latın əlifbası ilə qədim türk yazısı və nəşrlərin nümunələri nümayiş olunur. Bütün materiallar Mərkəzin fondlarında saxlanılır.
Görüş zamanı iştirakçılar yazılı abidələrin tarixi əhəmiyyəti, onların öyrənilməsinin xüsusiyyətləri və saxlanma metodları haqqında məlumat əldə ediblər.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:192
Bu xəbər 19 Fevral 2026 12:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















