Icma.az
close
up
RU
Astarada 15 yaşlı qız sevgilisindən hamilə qaldı Oğlan barəsində qərar verildi

Astarada 15 yaşlı qız sevgilisindən hamilə qaldı Oğlan barəsində qərar verildi

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Astara rayonunda 24 yaşlı oğlan yetkinlik yaşına çatmayan qızla intim əlaqədə olmaqda ittiham edilib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Astara rayonunun kəndlərindən birində baş verib. 2002-ci il təvəllüdlü Bəhruz 16 yaşına çatmayan, sevgi münasibətində olduğu həmkəndlisi Səidə (adlar şərtidir – red.) ilə 2025-ci ilin iyul ayının sonlarında, istintaqla dəqiq müəyyən edilməyən tarixdə yaşadığı fərdi yaşayış evinin yataq otağında könüllü razılığı ilə təbii yolla cinsi əlaqədə olub, həmçinin qeyri-təbii yolla cinsi əlaqədə olaraq seksual xarakterli hərəkətlər edib.
Bəhruzun barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Bəhruz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Astara rayonunun kəndində qeydiyyatda olmaqla yaşayır, fərdi əməklə məşğuldur:
“Səidə ilə aramızda sevgi münasibətləri olub. Valideynlərimə, yəni atama və anama Səidəni sevdiyimi və evlənmək istədiyimi bildirdim. Buna görə elçi getmələrini xahiş etdim. Ancaq valideynlərim Səidənin 18 yaşının tamam olmamasını izah edərək elçi getmələrinin düzgün olmadığını, yalnız 18 yaşı olduqdan sonra elçi gedəcəklərini dedilər. Bu sözləri həm də Səidənin atası və anası dedilər”.
Bəhruz qeyd edib ki, 2025-ci ilin iyul ayının sonlarında, dəqiq xatırlamadığı tarixdə Səidəni evə çağırıb:
“Səidə ilə görüşərək söhbət edən zaman qarşılıqlı olaraq könüllü şəkildə təbii yolla əlaqədə olmaq üçün razılaşdıq. Bundan sonra evin mənə aid yataq otağında Səidə ilə bir dəfə təbii və qeyri-təbii yolla əlaqədə olduq. Bundan sonra Səidə evlərinə getdi. Mən Səidə ilə əlaqədə olmağımla bağlı heç kimə məlumat verməmişəm. Səidə də valideynlərinə bu barədə heç bir məlumat verməyib”.
Bəhruzun ifadəsinə görə, həmin ilin oktyabrın 29-da Səidə ondan xəstəxanaya aparmasını istəyib:
“Buna görə də atama və anama Səidə ilə 3 ay əvvəl əlaqədə olmağım barədə məlumat verdim. Ona görə də Səidəni yoxlatdırmaq üçün birlikdə xəstəxanaya aparmağı xahiş etdim. Onlar da bu sözümə heç bir etiraz etmədilər və həmin gün Səidəni Astara Rayon Mərkəzi Xəstəxanasına apardıq. Səidə həkim tərəfindən müayinə olunduqdan sonra hamilə olması məlum oldu”.
Təqsirləndirilən şəxs ifadəsində Səidə ilə ər-arvad münasibətlərində olduğunu, bu ilin martın 7-də övladlarının dünyaya gəldiyini, Səidənin ondan heç bir şikayət və tələbinin olmamasını, onunla barışmasını bildirib.
İş üzrə zərərçəkmiş Səidənin sözlərinə görə, təqsirləndirilən şəxslə təxminən 3-4 ildir bir-birlərini seviblər:
“Bəhruz valideynlərinə məni sevdiyini bildirib, evlənmək üçün elçi getmələrini deyib. Amma valideynləri mənim 18 yaşımın olmamasını deyərək buna razılıq verməyiblər. Həmçinin, mənim də valideynlərim azyaşlı olmağıma görə Bəhruz ilə evlənməyə razı olmadılar”.
Səidə qeyd edib ki, 2025-ci ilin iyul ayının sonlarında, dəqiq xatırlamadığı tarixdə və vaxtda Bəhruz ilə telefonda danışıb:
“Bu zaman Bəhruz evlərində heç kimin olmadığını deyərək məni evə dəvət etdi. Mən də onlara getdim. Söhbət edən zaman qarşılıqlı olaraq könüllü şəkildə əlaqədə olmaq üçün razılaşdıq. Bundan sonra əlaqədə olduq”.
Zərərçəkmiş bildirib ki, həmin ilin oktyabrın 29-da halının daha da pisləşdiyini, tez-tez mədəsinin bulandığını görüb və hamilə qalmasından şübhələnib:
“Buna görə də Bəhruza zəng edərək bu barədə məlumat verdim, yoxlanış üçün məni xəstəxanaya aparmasını istədim. Bəhruz da həmin gün anası və atası ilə birlikdə məni xəstəxanaya apardı. Həkim tərəfindən müayinə olunduqdan sonra hamilə olduğum məlum oldu”.
Astara Rayon Məhkəməsinin hökmü ilə Bəhruz 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Hökmə əsasən, təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunub və ona təyin olunmuş 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası 1 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilib.
Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Astara Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilib. Sınaq müddəti ərzində daimi yaşayış yeri üzrə Astara Rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək ona tapşırılıb.
Fariz Məlikli
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 Avqust 2026 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see327

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see319

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see315

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see306

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see287

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see267

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see254

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see249

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see248

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see247

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see242

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see219

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see219

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see213

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see204

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see198

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see195

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

18 Noyabr 2026 21:19see183

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see183

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri