Icma.az
close
up
RU
Bakıda 15 yaşlı oğlan qız üstündə bıçaqlandı

Bakıda 15 yaşlı oğlan qız üstündə bıçaqlandı

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Sinif yoldaşımla danışırdım. Birdən Nigarın sevgilisi yazıb kimliyimi soruşdu”.

Gununsesi.info Bakuplus.az-aistinadən xəbər verir ki, bu sözləri məhkəmə qarşısında İlqar Əfəndiyevi (ad şərtidir) bıçaqlamaqda təqsirləndirilən Nicat Əsgərov (ad şərtidir) deyib.

Belə ki, hadisə Bakı şəhəri ,R.M.Sadıqov adına 136 nömrəli məktəbin yaxınlığında qeydə alınıb. 2009-cu il təvəllüdlü Nicat Əsgərov bu ilin aprelin 25-də sinif yoldaşı Nigar Camalova ilə (ad şərtidir) “Instagram”da yazışıb. Onların yazışdığını Nigarın sevgilisi İlqar görüb. İlqar Nicata öz profilindən yazaraq nalayiq söyüşlər işlədib. Daha sonra, məktəbin yaxınlığındakı parkda görüşüblər. Mübahisə zamanı Nicat İlqarı 2 dəfə bıçaqlayıb.

Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü (qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsi ilə cinayət işi açılıb. Məhkəmə istintaqına Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə baxılıb.

Məhkəmə istintaqı zamanı təqsirləndirilən Nicat Əsgərova ifadə vermək üçün şərait yaradılıb. O, törətdiyi əməldə özünü təqsirli bilərək ifadəsində deyib:

“Sinif yoldaşım Nigarla “Instagram”da yazışırdıq. Bir də gördüm ki, Nigarın sevgilisi İlqar mənə yazıb kim olduğumu soruşdu. Mən də Nigarın sinif yoldaşı olduğumu dedim. Bundan sonra aramızda mübahisə yarandı. İlqar məni 136 nömrəli məktəbin yanındakı parka dəvət etdi. Tək gəlməyimiz barədə razılaşdıq. Mən hər ehtimala yanımda bıçaq götürdüm. Parka gedəndə İlqarın tək olmadığını gördüm, dostları yanında idi. Tək qalıb döyüləcəyimdən qorxduğum üçün bıçaqla İlqarın ayağından vurmaq istədim. Amma bıçaq onun kürəyinə dəydi. Əməlimdən peşmanam”.

Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən İlqar Əfəndiyev ifadəsində göstərib:

“Nigarın “Instagram”ına Nicatdan mesaj gəldiyini gördüm. Dərhal həmin hesabdan Nicata yazıb, kim olduğunu soruşdum. Aramızda mübahisə yarandığı üçün bir-birimizi söydük. 136 nömrəli tam orta məktəbin parkına çağırdım, əvvəlcədən tək gəlməyimizə dair razılaşdıq. Həmin yerə tək getmişdim, sadəcə parkda dostlarımla qarşılaşdım. Oturduğum zaman kiminsə arxadan kürəyimə vurduğunu hiss etdim”.

Məhkəmədə şahid Nigar Camalova ifadəsində deyib:

“Nicat mənim sinif yoldaşımdır. İlqar da mənim tanışımdır. Nicat mənə “Instagram”da dostluq atdı. Sinif yoldaşım olduğu üçün qəbul etdim. Nicat mənə yazanda İlqar gördü. Onlar mübahisə etməyə başladılar. Birinci söyüşü İlqar işlətdi. Daha sonra İlqar mənim hesabımdan çıxıb öz şəxsi “Instagram” hesabından Nicata yazdı. Bundan sonra baş verənlərdən məlumatlı deyiləm”.

Məhkəmə-psixoloji ekspertizasının rəyinə əsasən, təqsirləndirilən şəxsdə hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmayıb.

Məhkəmədə şahidlər və zərərçəkmiş tərəflər ifadə verib. Verilən ifadələr və aparılan araşdırmalarla Nicat Əsgərov cinayətdə təqsirli bilinib.

Sonda məhkəmənin yekun qərarı ilə Nicat Əsgərov 3 il 6 ay müddətində azadlıqdan məhrum edilib. O, azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 20 Noyabr 2024 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see387

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see382

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see295

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see293

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see262

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see254

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see254

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see249

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see247

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see234

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see233

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see220

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see206

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see202

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see200

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see193

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see192

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see192

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri