Icma.az
close
up
RU
Astarada idman müəllimləri arasında dava düşdü

Astarada idman müəllimləri arasında dava düşdü

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Astara rayonunda 1986-cı il təvəllüdlü Cavad şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Samirə xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2 sentyabr 2024-cü ildə, saat 15:30-da Astara şəhəri İdman kompleksində baş verib. 
Masallı rayon sakini Cavad Samirlə aralarında şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı onun burun nahiyəsinə qəsdən bir dəfə yumruqla zərbə vurub. Ona burun nahiyəsində əzilmiş yara kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa xəsarət yetirib.
Hadisəni törədən Cavadın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cavad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Masallı rayon Uşaq İdman-Şahmat Mərkəzində idman müəllimi işləyir: “Gəncləri müxtəlif vaxtlarda müxtəlif yerlərə idman yarışına aparıram. Sentyabrın 2-də işlədiyim idman məktəbindən gəncləri zona üzrə yarışa, Astara şəhərində yerləşən İdman kompleksinə gətirdim. Həmin vaxt tanıdığım Samir də öz idmançılarını yarışa gətirmişdi. Həmin gün, saat 10 radələrində idman yarışı başladı və saat 15 radələrində yariş başa çatdı. Yarış bitəndən sonra idmançılar idman zalından çıxdı. Saat 15:30-da Samirlə idman zalında duraraq yarışı müzakirə etdik. Bu zaman Samir mənə “sən yarışa tələb olunan yaşdan yuxarı yaşı olan idmançıları da gətirmisən” deyə iradını bildirdi.  Mən isə Samirə “mənim idmançıramın hamısı tələb olunan yaşa uyğun olan idmançılardır” deyə cavab verdim”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, bu zaman aralarında baş verən mübahisə zamanı əsəbiləşib və bir dəfə yumruqla Samirin üz nahiyəsinə zərbə vuraraq oradan uzaqlaşıb: “Baş vermiş hadisə zamanı orada kənar şəxs olmayıb. Hadisə ani baş verdi və 2-3 dəqiqə çəkdi. Hazırda Samirlə barışmışam”. 
İş üzrə zərərçəkmiş qismində ifadə verən Samirin sözlərinə görə, təqsirləndirilən Cavad onun tanışıdır, birlikdə idman müəllimi işləyirlər: “Sentyabrın 2-də işlədiyim idman məktəbindən gəncləri zona üzrə yarışa Astara şəhərində yerləşən İdman kompleksinə gətirdim. Həmçinin Cavad da öz idmançılarını yarışa gətirdi. Saat 10 radələrində idman yarışı başladı, saat 15 radələrində yariş başa çatdı. Yarış bitəndən sonra idmançılar idman zalından çıxdı. Saat 15:30-da Cavadla idman zalında duraraq yarışı müzakirə etdik. Həmin vaxt Cavada “sən yarışa tələb olunan yaşdan yuxarı yaşı olan idmançıları da gətirmisən” deyə iradını bildirdi. Bu zaman dediyim söz Cavadın xoşuna gəlmədiyi üçün aramızda mübahisə baş verdi. Baş verən mübahisə zamanı Cavad əsəbiləşib bir dəfə yumruqla üz nahiyəmə zərbə vurdu və oradan uzaqlaşdı”. 
Zərərçəkmiş bildirib ki, daha sonra hadisə ilə bağlı Astara Rayon Polis Şöbəsinə gələrək şikayət edib: “Dava-dalaş zamanı orada kənar şəxslər olmayıb. Hadisə ani baş verdi, 2-3 dəqiqə davam etdi. Təqsirləndirilən şəxs ilə barışmışam. Ona qarşı heç bir şikayətin yoxdur. Təqsirləndirilən şəxs mənə dəyən zərəri ödəyib. Ona görə də təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini istəyirəm”.
Bu cinayət işinə Astara Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmişə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən şikayətçi olamamasını nəzərə alıb. 
Hökmə əsasən, Cavad Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilib və onun barəsində olan Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilib. 
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 28 Noyabr 2024 20:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri