Astarada İran vətəndaşına narkokuryerlik etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Icma.az, Aznews.az-dan verilən məlumata əsaslanaraq, xəbər verir Astarada İran vətəndaşına narkokuryerlik etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Astara rayonunda ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçiridikləri əməliyyat tədbirləri nəticəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitənin realizə olunmasının qarşısı alınıb.
Tədbirlərlə əvvəllər məhkum olunmuş 44 yaşlı Mirtaleh Ağayev saxlanılıb, ondan 8 kiloqram heroin aşkarlanıb. Araşdırmalarla M.Ağayevin narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdiyi və deyiləcək ünvanlara çatdırmağa razılaşdığı müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
AzNews.az
![see](https://icma.az/template/assets/label.png)
![see](https://icma.az/template/assets/see.png)