Icma.az
close
up
RU
İrana qarşı hücum hər an başlaya bilər

İrana qarşı hücum hər an başlaya bilər

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ tərəfi İraqa, İordaniyaya, Səudiyyə Ərəbistanına və Birləşmiş Ərəb Əmirliklərinə İrana qarşı mümkün hücumun yaxın vaxtlarda başlaya biləcəyi barədə rəsmi kanallar vasitəsilə məlumat verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail mənbələri məlumat yayıb.

Bildirilir ki, region ölkələrinə verilən bu xəbərdarlıqlar təhlükəsizlik və hava məkanının idarə olunması baxımından qabaqlayıcı xarakter daşıyır.

Digər mənbələrin iddiasına əsasən, ABŞ-a məxsus xeyli miqdarda hərbi texnika Yaxın Şərqə radarların müvəqqəti söndürüldüyü dövrlərdə daşınıb. Bu səbəbdən real miqyas və yerləşdirmə həcmi tam olaraq qiymətləndirilə bilmir. Analitiklər hesab edir ki, bu üsul əməliyyat hazırlıqlarının faktiki ölçüsünü gizlətməyə xidmət edir.

Beynəlxalq media və sosial şəbəkələrdə yayılan məlumatlarda ABŞ, İsrail və Böyük Britaniyanın hərbi aktivlərinin sürətlə artırıldığı, bu qüvvələrin yaxın 36 saat ərzində İrana qarşı potensial birgə zərbələrdə istifadə oluna biləcəyi vurğulanır. Cari yerləşdirmələr 12 günlük müharibə dövründə müşahidə olunan hərbi hazırlıq səviyyəsi ilə müqayisə edilir.

Məlumatlara görə, CENTCOM məsuliyyət zonasında və ehtimal ki, EUCOM çərçivəsində ümumilikdə azı 482 hərbi təyyarə cəmləşdirilib. Bunların 418-i qırıcı və hücum təyyarələri, 57-si yanacaq dolduran tanker təyyarələrdir. Bundan əlavə, kəşfiyyat, müşahidə, rekognossirovka və erkən xəbərdarlıq platformaları da əməliyyatlara cəlb olunub. Havada yanacaq doldurma imkanlarının ümumi həcmi təxminən 5,37 milyon funt yanacaqla qiymətləndirilir ki, bu da uzunmüddətli və intensiv əməliyyatlara imkan verir.

Əldə olunan məlumatlara əsasən, ABŞ Hərbi Hava Qüvvələri, ABŞ Hərbi Dəniz Qüvvələrinin aviadaşıyıcı zərbə qrupu, Böyük Britaniyanın Kral Hərbi Hava Qüvvələri və İsrail Hərbi Hava Qüvvələri koordinasiyalı şəkildə geniş qırıcı, tanker və yardımçı vasitələr parkından istifadə edir. Bu isə mümkün əməliyyatların təkcə məhdud zərbələrlə kifayətlənməyəcəyinə dair ehtimalları gücləndirir.

ABŞ Hərbi Dəniz Qüvvələrinin regiondakı mövcudluğu da diqqət çəkir. Məlumatlarda bir aviadaşıyıcı, bir neçə esmines, sualtı qayıqlar, desant və logistika gəmiləri, sahil mühafizəsi katerləri, həmçinin 1000-dən artıq şaquli buraxılış qurğusu hüceyrəsinin bölgədə yerləşdirildiyi qeyd olunur. Bu göstəricilər ABŞ-ın Yaxın Şərqdə yüksək intensivlikli və davamlı hərbi əməliyyatlara hazır olduğunu göstərir.

Hazırda rəsmi Vaşinqton və Tel-Əviv tərəfindən hücumun başlama vaxtı və miqyası ilə bağlı açıq təsdiq verilməsə də, regionda hərbi-siyasi gərginliyin kəskin şəkildə artdığı açıq şəkildə müşahidə olunur./Modern.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 24 Yanvar 2026 22:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see322

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see313

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see285

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see282

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see280

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see266

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see256

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see248

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see237

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see236

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see235

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see232

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see232

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see230

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see214

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see214

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see213

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see211

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see205

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri