Astarada Jiquli hündürlükdən dərəyə aşıb ölən var
Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.
Astara rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, hadisə rayonun Təxtənəkəran–Hamuşam kənd yolunda qeydə alınıb. Astara rayonunun Niləşə kənd sakini Tərlan Sənham oğlu Eyvazovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq hündürlükdən dərəyə aşıb.
Qəza nəticəsində sürücü Tərlan Eyvazov hadisə yerində həyatını itirib. Avtomobildə sərnişin qismində olan 1977-ci il təvəllüdlü Azər Xanoğlan oğlu Rzayev, 1980-ci il təvəllüdlü İbrahim Xanəhməd oğlu Məmmədov və 1980-ci il təvəllüdlü Nazim Balağa oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə çatdırılıblar.
Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 19 İyun 2026 01:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















