Astarada qatar 34 yaşlı piyadanı vurub
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Astarada qatar piyadanı vurub.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə hadisə Qamışoba kəndində, dəmir yolu stansiyasına yaxın ərazidə baş verib.
Astara rayonun Şahağacı kənd sakini 1990-cı il təvəllüdlü Məhərrəm Ağaboli oğlu Quliyev dəmir yolu xətti keçidində qatarın qarşısına çıxıb və qatar onu vurub.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Əsasən ayaqlarından ağır travma alan piyada Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyata alınıb.
Faktla bağlı araşdırma aparılır.

