Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

Astrofiziklər Günəşdən trilyon dəfə parlaq 31 kvazar aşkar ediblər

Astrofiziklər Günəşdən trilyon dəfə parlaq 31 kvazar aşkar ediblər

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kainatın ən parlaq və enerjili obyektlərindən biri olan kvazar qalaktikanın mərkəzində maddəni yeyərkən ilişib qalan supernəhəng qara dəlikdir. Alimlər artıq kosmik tarixin o qədər erkən dövrünə aid kvazarlar tapıblar ki, onların həmin ilkin dövrdə necə mövcud olduqlarına təəccüb ediblər.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, Avropa Kosmik Agentliyinin “Evklid” kosmik teleskopundan istifadə edən tədqiqatçılar 31 qədim kvazar aşkar etdiklərini bildiriblər. Bu müşahidələr kainatın əvvəllər düşünüləndən daha erkən mərhələlərində necə inkişaf etdiyinin sirrini daha da məchul edir.

Aşkar olunan bu kosmik obyektlərə ən erkən iki kvazar da daxildir və onlar 13,1 milyard il əvvəl, kainatın indiki yaşının 5 faiz olduğu dövrdə, yəni, Böyük Partlayış hadisəsindən təxminən 670 milyon il sonraya təsadüf edir. Kvazarların hər ikisi Günəşdən təxminən trilyon dəfə böyük parlaqlıqla işıq saçır.

Bu kimi kvazarlar Günəşin kütləsindən yüz milyonlarla milyardlarla dəfə çox olan qara dəliklərlə işləyir, baxmayaraq ki, bu ikisinin kütlələri hələ dəqiq ölçülməyib.

“Kvazar qalaktikanın alovlu nüvəsidir”, - deyə Niderlandın Leyden Universitetinin rəsədxanasında astrofizika üzrə doktorant və “Astronomy & Astrophysics” jurnalında dərc olunmuş tədqiqatın aparıcı müəllifi Daminq Yanq bildirib.

O əlavə edib: “Mərkəzdə nəhəng bir qara dəlik yerləşir. Qara dəliklərin özləri qaranlıqdır, lakin onların cazibə qüvvəsi qaz və tozu özünə çəkir, nəticədə drenajdan axan su kimi spiral şəklində fırlanır. Bu baş verdikdə, qaz inanılmaz dərəcədə qızır və ətrafındakı bütün qalaktikadan daha parlaq işıq saçır”.

Tədqiqatda təsvir edilən ən erkən iki dəlik alimlərin “kosmik şəfəq” adlandırdığı kainat tarixinin bir fəslinə aiddir. “Həmin dövrdə kainat daha kiçik və sıx olub, habelə neytral hidrogen dumanı ilə dolu idi. Bu, həm də sürətli dəyişiklik dövrü idi: ilk ulduzlar, qalaktikalar və qara dəliklər işıq saçır, həmin dumanı yayır, kainatı bu gün gördüyümüz şəffaflığa çevirirdi”, -deyə Yanq bildirib. O əlavə edib ki, bu müddət ərzində hidrogen atomları elektronlardan təmizlənib və qalaktikalararası məkanda hidrogenin əksəriyyətinin bu gün qaldığı vəziyyətə gətirilib.

Son illərdə alimlər “James Webb” və “Evklid” kosmik teleskopları tərəfindən aparılan müşahidələr vasitəsilə kainatın ən erkən mərhələlərini daha mükəmməl tədqiq edirlər. Onlar hesab edirlər ki, kainat o vaxtdan bəri xətti miqyasda təxminən səkkiz dəfə genişlənib. Planetimizdən uzaq kvazarların bizə dediyi ən vacib şey, superkütləli qara dəliklərin çox erkən kosmik dövrlərdə mövcud olmasıdır. Bu, həmin obyektlərin böyüməsi üçün çox vaxt vermir, çünki kainat sadəcə çox gəncdir. Kvazarların yaranması astrofizikada həll olunmamış böyük problem olaraq qalır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 İyul 2026 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see447

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see318

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see310

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see295

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see294

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see286

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see265

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see249

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see245

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see225

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see224

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see215

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see214

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see211

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see202

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see200

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see197

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see196

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see188

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri