Icma.az
close
up
RU
Astrofiziklər qrupu qalaktikalararası eksperiment zamanı naməlum hissəciklərin siqnalını aşkarlayıb

Astrofiziklər qrupu qalaktikalararası eksperiment zamanı naməlum hissəciklərin siqnalını aşkarlayıb

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 19 avqust, AZƏRTAC

Kopenhagen Universitetinin astrofizikləri çətin aksionların axtarışında yerüstü deyil, ulduz hissəciklərinin sürətləndiricisindən istifadə etmək qərarına gəliblər. Belə ki, mərkəzində superkütləli qara dəliklər olan uzaq və çox parlaq qalaktikaların nüvələrindən çıxan elektromaqnit şüalanma izlərini axtarmaq üçün eksperiment keçirilib.

AZƏRTAC “Phys” nəşrinə istinadla xəbər verir ki, kainatdakı ən ağır strukturlar Günəşdən katrilyon dəfə böyük olan qalaktika qruplarıdır. Aksionlar - hipotetik elementar hissəciklər isə ən kiçik atomdan da qat-qat yüngüldür. Eyni zamanda, aksion kainatımızın kütləsinin təxminən 80%-ni təşkil etdiyi güman edilən naməlum qaranlıq maddəni başa düşmək üçün açar ola bilər. Aksionların mövcudluğu hələ tam sübut olunmayıb, lakin uzaq qalaktikalarla olan eksperiment sayəsində Danimarkadan olan astrofiziklər onlara hamıdan daha çox yaxınlaşmış ola bilərlər. Belə ki, onlar bu çətin tutulan hissəciyin imzasını kəşf etdiklərinə inanırlar.

Elmi nəşr yazır: “Alimlərin fərziyyəsinə görə, qalaktika qruplarında geniş maqnit sahələrindən keçən radiasiyanın bir hissəsi aksionlara çevrilir. Dönüşüm nəticəsində dalğalanmaların kiçik bir izi qalır. Lakin bu iz o qədər zəifdir ki, kainatın fon səs-küyündə itib gedir. Beləliklə, tədqiqatçılar yeni bir fikir irəli sürüblər: onlar qalaktika qruplarının arxasında yerləşən cəmi 32 superkütləli qara dəliyi müşahidə ediblər və sonra bu eksperimentdən əldə edilən məlumatları birləşdiriblər. Məlumatları tədqiq etdikdən sonra tədqiqatçılar çətin aksion hissəciyinin imzasına bənzəyən bir nümunə tapdıqları üçün təəccübləniblər. Bu, aksionların mövcudluğunun birmənalı sübutu olmasa da, astrofiziklərin araşdırması bizi qaranlıq maddənin nə olduğunu anlamağa yaxınlaşdırır”.

Məqalənin baş müəllifi, Kopenhagen Universitetinin Nils Bor İnstitutundan Oleq Ruçayski izah edir: “Adətən belə hissəciklərdən gələn siqnal gözlənilməz olur və təsadüfi səs-küyə bənzəyir. Amma biz başa düşdük ki, bir çox müxtəlif mənbələrdən əldə edilən məlumatları birləşdirmək yolu ilə bütün bu səs-küyü aydın, tanınan bir modelə çevirmişik. Bu, belə bir transformasiyanın necə görünə biləcəyini göstərən unikal addım nümunəsi kimi görünür. Biz bunu məlumatlarda yalnız siqnalın işarəsi kimi görürük, lakin o, hələ də heyranedici və həyəcanvericidir. Siz onu eşidiləcək qədər yüksək səsə malik kosmik pıçıltı adlandıra bilərsiniz”.

Təcrübə qamma şüalanması ilə məhdudlaşır. Bununla belə, ondan rentgen şüaları kimi digər elektromaqnit şüalanma növləri üçün də istifadə oluna bilər.

Bu yaz Harvard Universiteti və London Kral Kollecinin alimləri öz xüsusiyyətlərinə görə hipotetik aksionların davranışını demək olar ki, tamamilə təkrarlayan kvazirəciklərin mövcudluğunun ilk inandırıcı təsdiqini əldə etdilər. Onlar kainatın kütləsinin təxminən 85%-ni təşkil edən qaranlıq maddə roluna əsas namizədlərdən biri hesab olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Avqust 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see147

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri