Icma.az
close
up
RU
Astroloji bələdçiniz Bu gün sizi nə GÖZLƏYİR?

Astroloji bələdçiniz Bu gün sizi nə GÖZLƏYİR?

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Astrologiya ulduzların və planetlərin insanların şəxsiyyətinə və həyatına təsirini öyrənən qədim elmdir.
Bizim.Media xəbər verir ki, hər bürcün fərqli xüsusiyyətləri və güclü tərəfləri var. Bu xüsusiyyətlər isə günə görə dəyişir. 
Bəs bu gün sizi nə gözləyir? 
Qoç və Qoç yüksələni

Əziz Qoçlar, bu gün münasibətlər bir qədər gərgin və çətin ola bilər. Daxili gərginliyiniz yaxın ətrafınıza əks olunur. Məsuliyyət tələb edən məsələlərdə rahat olmayın. Rəhbərlərinizlə mübahisə etməməyə diqqət edin. Özünüzü sağlam şəkildə ifadə etməyə çalışın.
Buğa və Buğa yüksələni:
Əziz Buğalar, bu gün şəxsi resurslarınızı artırmaq üçün yeni əlaqələr qura bilərsiniz. Məsuliyyət götürmək və şəxsi istedadlarınızı gəlirə çevirmək üçün motivasiyanız artıb. Gələcəklə bağlı yeni planlar qurmaq üçün yaxşı gündür.
Əkizlər və Əkizlər yüksələni:
Əziz Əkizlər, gələcək üçün nə qərar verəcəyiniz barədə çaşqın və qərarsız ola bilərsiniz. Bu müvəqqəti mərhələdir. Bu gün impulsiv addımlar atmayın; xərclərinizə diqqət edin. Yeni qərarlar qəbul etməli və səbirli olmalısınız.
Xərçəng və Xərçəng yüksələni:
Əziz Xərçənglər, emosiyalarınız və məntiqiniz arasında ziddiyyət ola bilər.  Fikirlər və məsuliyyətlər sizi sıxır, ancaq özünüzü mənfi düşüncələrdən mümkün qədər tez qurtarmalısınız. Bu gün mühüm insanlarla münasibətlərinizi gücləndirmək üçün yeni addımlar ata bilərsiniz.
Şir və Şir yüksələni:
Şirlər üçün bu gün sağlamlıq məsələləri gündəmdə ola bilər. İş həyatınızda bəzi qeyri-müəyyən və gözlənilməz vəziyyətlərlə qarşılaşa bilərsiniz. Bu gün problemlərin həlli üçün yaxşı gün deyil. Əgər vacib görüşləriniz varsa, gözləntiləriniz doğrulmaya bilər.
Qız və Qız yüksələni:
Əziz Qızlar, iş və öhdəliklər baxımından gərgin gündür. Çox çalışırsınız və əməylərinizin qarşılığına görə mükafatlandırılmaq istəyirsiniz. Ev həyatınızla bağlı gözlənilməz məsələlər bu gün üzə çıxa bilər və şəxsi ehtiyaclarınıza vaxt ayırmağınız lazım ola bilər.
Tərəzi və Tərəzi yüksələni:
Tərəzilər üçün keçmişdə həll olunmamış ailə məsələləri gündəmə gələ bilər. Mübahisələr sizi yora bilər. Köhnə yaraları açmağı sevməsəniz də, məsələləri həll edib irəliləmək daha sağlamdır. Problemləri ört-basdır etməyin.
Əqrəb və Əqrəb yüksələni:
Əziz Əqrəblər, bu günlərdə yaxın ətrafınızdan alacağınız dəstək motivasiyanızı artıracaq. Qətiyyətli və sabit davranışlarınız ətrafınızdakı insanlar tərəfindən fərq edilir. Siz dəstəyə layiqsiniz. İşlə bağlı səyahət gündəmdə ola bilər.
Oxatan və Oxatan yüksələni:
Əziz Oxatanlar, maddi imkanlarınızı artırmaqda çox qərarlısınız. Əməylərinizin bəhrəsini ala biləcəyiniz bir gün olacaq və zamanla daha da yaxşı şeylər olacak. Səbr edin və motivasiyanızı artıracaq şeylərə diqqət yetirin. Özünüzə inanmaqdan vaz keçməyin.
Oğlaq və Oğlaq yüksələni:
Məsuliyyətlərinizə qarşı möhkəm mövqeyiniz bu gün daha da güclənir. Çətin situasiyalarda soyuqqanlılığınızı qorumağı bacarırsınız. Siz həmçinin emosiyalarınıza və şəxsi ehtiyaclarınıza diqqət yetirməlisiniz. Davamlı və möhkəm başlanğıcların təməli bu gün qoyula bilər.
Dolça və Dolça yüksələni:
Əziz Dolçalar, bu gün səhhətinizlə bağlı problemlərlə üzləşməli ola bilərsiniz. Sağlamlıq problemlərini həll etmək üçün duyğularınızı düzgün şəkildə ifadə etməyi öyrənməlisiniz. Gizli işləriniz varsa qaçmağa çalışın. Birlikdə işlədiyiniz insanlar bu gün sizi narahat edə bilər.
Balıqlar və Balıqlar yüksələni:
Əziz Balıqlar, bu gün hədəflərinizə çatmağa bir addım daha yaxınlaşdığınızı hiss edə bilərsiniz. Ətrafınızdakı insanların dəstəyi sizə daha çox inam və güvən verir. Vacib görüşlər üçün uyğun gündür. Bu gün atdığınız addımların uzunmüddətli nəticələri olacaq.
Elcan Bəşirli, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://bizim.media
archiveBu xəbər 01 Oktyabr 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri