Icma.az
close
up
RU
Astronomlar: Süd Yolu qalaktikası təqribən bir milyard işıq ili diametrində “boş zonada” yerləşir

Astronomlar: Süd Yolu qalaktikası təqribən bir milyard işıq ili diametrində “boş zonada” yerləşir

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 9 iyul, AZƏRTAC

Astronomlar müasir dövrdə və Böyük Partlayışdan sonrakı ilk mərhələdə kainatın genişlənmə sürətində son zamanlar aşkar edilmiş uyğunsuzluqların Süd Yolu qalaktikamızın bir milyard işıq ili diametrində qeyri-adi kosmik “boş zonada” yerləşməsi nəticəsində yarana biləcəyi fərziyyəsini irəli sürüblər. AZƏRTAC xəbər verir ki, bu barədə Britaniya Kral Astronomiya Cəmiyyətinin (RAS) mətbuat xidməti məlumat yayıb.

“Kosmos böhranının” potensial həlli qalaktikamızın kosmik “səhra”nın mərkəzində yerləşməsi ola bilər. Əgər belədirsə, o zaman materiya bu boşluğun kənarlarına doğru hərəkət etməyə meylli olacaq ki, bu da onu tədricən maddədən daha çox azad edəcək. Nəticədə bizə elə gələcək ki, qalaktikamıza yaxın olan obyektlər bir-birindən daha tez uzaqlaşacaq. Portsmut Universitetində (Böyük Britaniya) aparılan tədqiqat da bu versiyanı təsdiq edir.

Kosmoloji böhran təxminən səkkiz il əvvəl, Plank teleskopundan istifadə edilərək Böyük Partlayışın mikrodalğalı əks-sədasının, Süd Yolunda dəyişkən ulduzların və fövqəlnova partlayışlarının müşahidələrinin bir hissəsi kimi əldə edilən məlumatlar, kainatın genişlənmə sürətinin ölçülməsi fonunda başlayıb. Amma alimlərin əldə etdikləri dəyərlər çox fərqlidir.

Son müşahidələr göstərir ki, təqribən üç milyon işıq ili məsafə ilə ayrılmış iki qalaktika bir-birindən təxminən 73 km/s sürətlə uçmalıdır. Bu dəyər Böyük Partlayışın əks-sədasının müşahidələrinin məlumatlarından 9 faiz yüksəkdir. Bu uyğunsuzluqların mövcudluğu sonradan digər üsul və alətlərlə təsdiqlənib. Müasir kosmoloji modellərin doğru olub-olmaması və kainatın tarixi ərzində onun xüsusiyyətlərinin dəyişməsi ilə bağlı çoxlu mübahisələr də yaranıb.

Hesablamalar göstərir ki, bu uyğunsuzluq Süd Yolu və qonşu qalaktikaların diametri təxminən bir milyard işıq ili təşkil edən, daxilindəki maddənin sıxlığının kainatın digər bölgələri ilə müqayisədə təxminən 20 faiz az olduğu “boş zona” daxilində yerləşməsi ilə izah edilə bilər. Alimlərin fikrincə, bunu kainatın yaxın bölgələrində qalaktikaların sıxlığının ölçülməsi nəticələri də təsdiq edir.

Astronomlar bu fenomeni Böyük Partlayışdan sonrakı ilk anlarda yaranan və kainatın əsas super sürətli genişlənməsi zamanı maddənin paylanmasında mühüm rol oynayan xüsusi rəqslər adlandırırlar. Belə genişlənmə Süd Yolunun nəhəng bir boşluq içərisində yerləşdiyi kainatın nəzəri modelləri ilə daha dəqiq şəkildə təkrarlanır. Tədqiqatçıların ümid edirlər ki, uzaq qalaktikalardakı ən qədim ulduzların müşahidələri onlara bu fərziyyəni təsdiqləməyə kömək edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 İyul 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri