Icma.az
close
up
RU
Beynəlxalq axtarışla tutulan gömrükçü həbsdən buraxıldı Bunları etiraf etdi

Beynəlxalq axtarışla tutulan gömrükçü həbsdən buraxıldı Bunları etiraf etdi

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanındakı siqaret qaçaqmalçılığı ilə bağlı ittiham olunan Baş Gömrük İdarəsinin Əməliyyat Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin böyük əməliyyat müvəkkili Ənvər Tağıyev həbsdən azad edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Tağıyev elə ilk məhkəməsində ev dustaqlığına buraxılıb.

Gömrükçü limandakı qaçaqmalçılıq cinayətindən sonra ölkədən qaçmışdı. 1 il beynəlxalq axtarışdan sonra o, 1 ay əvvəl Ukraynada tutularaq Azərbaycana ekstradisiya edildi.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən birinci iclasda təqsirləndirilən şəxsin vəkili müvəkkilinin həbsdə deyil, sərbəst mühakimə edilməsini xahiş edib. Vəkil vəsatətini müvəkkilinin istintaqdan yayınma ehtimalının olmadığı ilə əsaslandırıb.

Əsas hakim Azər Tağıyevin qərarı ilə Ənvər Tağıyev ev dustaqlığına buraxılıb.

İttihama görə, Ənvər Tağıyev, Bakı Hövsan Limanının sahibi Ruslan Eyyubov, limanın baş direktoru Rəşad Daşdəmirov, Liman xidmətinin rəisi Zaur Haşımov və digərləri ilə əlbir olaraq aksiz markası ilə markalanmalı olan tütün məmulatlarını belə marka olmadan gəmi ilə qeyd edilən limandan qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinə şərait yaradıblar. 

Adıçəkilən şəxslərin də hazırda başqa icraatda məhkəməsi gedir. Bu yaxınlarda onlar da ev dustaqlığına buraxılıblar. 

Fotoda: Rəşad Daşdəmirov

Ənvər Tağıyev isə ona görə ittiham edilir ki, “Bayandur” gəmisi ilə qaçaqmal siqaret gətirilən gün xidmətdə olub. O, həmin gecə Baş direktor Rəşad Daşdəmirovun otağına gedib, içində qaçaqmal olan gəminin sahilə yan aldığı barədə məlumat aldığını deyib. 

Lakin Ənvər Tağıyev ittihamda yazılanlarla razı deyil, hadisədən xəbərsiz olduğunu deyərək özünü təqsirli saymır: “Orada Hövsan limanı və hövsan gömrük postu var. Gömrük postu limanın rejim ərazisindən kənardır. Mən də postdakı əməliyyatçılardan idim, nə tapşırıq verilibsə, onu yerinə yetirmişəm. “Bayandur” gəmisi və onun yükü barədə isə ümumiyyətlə, məlumatım olmayıb. Hamı kimi bir neçə saat sonra bildim ki, gəmi saxlanılıb”.

Təqsirləndirilən şəxs prokurorun suallarını cavablandırarkən Hövsan postunda boşluqlar olduğunu etiraf edib. Tağıyevin dediyinə görə, postdakı nöqsanlarla bağlı işlədiyi Baş idarəyə dəfələrlə məlumat verib: “Hər dəfə məruzə edirdim ki, Hövsan postunda boşluqlar var. Kameralar yoxdur, təhlükəsizlik zəifdir. Gələcəkdə orada qarşısıalınmaz hadisələr ola biləcəyini demişdim. Amma mən işdən çıxandan sonra verdiyim arayışların hamısını  məhvetməyə yollayıblar”.

Bununla da Tağıyev sərbəst ifadəsini yekunlaşdırıb, özünü heç bir epizod üzrə təqsirli bilməyib.

Qeyd edək ki, 5 milyonluq siqaret qaçaqmalçılığı ilə bağlı cinayət işinin istintaqını Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi aparıb. İstintaqla içlərində gömrükçü, hərbçi və vəzifəli şəxslər olan onlarla şəxs cinayət məsuliyyətinə cəlb edilib. Hələlik heç bir işdə hökm yoxdur.

Sail Ağasəlim

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 31 Oktyabr 2026 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri