Festival kimi… (?)
Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakının həyəcanla qarşıladığı, iki ay ərzində hövlnak hazırlaşıb sınaqdan başıuca çıxdığı FIFA U-15 dünya çmpionatı və festivalı başa çatdı. Burada da İspaniya çempion oldu. Təbriklər!
Azərbaycan dövlətini də, AFFA-nı da, SOCAR-ı da təbrik etmək olar. İldırımsürətli hazırlıq planı ilə görülən işlər zamanında təhvil verildi.
Festivalın açılışı da, bağlanış mərasimi də qüsursuz keçdi. Ümumən təşkilatçılıq da müəyyən nöqsanlar nəzərə alınmasa, təqdirəlayiq idi.
Azərbaycan U-15 millisi son oyunda Əfqanıstana pealtilər seriyasında məğlub olub 84-cü pilləni tutdu.
Millimizin oyun afişasına nəzər yetirək:
Azərbaycan – Timor-Leste 6:0
Azərbaycan – Andorra 1:0
Azərbaycan – İsrail 3:1
Azərbaycan – Avstraliya 1:3
Azərbaycan – Haiti 0:4
Azərbaycan – Çili 1:3
Azərbaycan – Vyetnam 2:4
Azərbaycan – Cəbəllütariq 5:1
Azərbaycan – Mozambik 4:1
Azərbaycan – Əfqanıstan 3:4 (penaltilər 2:3)
Göründüyü kimi, İsraildən başqa, ortabab futbol ənənəsi olan ölkəyə uduzmuşuq. Vyetnam, Əfqanıstan kimi məğlubiyyətlər isə başımızı iki əlimizin arasına aparıb dərin düşündürməlidir.
Biz yenə və hələ də yaxşı deyilik.
Futbolçu yetişdirməyin formasını bilmirik. Zahirən heç bir problem yoxdur, mahiyyətdə isə alındıra bilmirik.
Hardan və necə başlamaq sualı da çox ağırdır və qalaq-qalaq müzakirələr, tam ciddi yanaşmalar tələb edir.
Bu festivalda futbolumuzun taleyi barədə gördüyüm əsas məsələ bu oldu.
Lakin başqa diqqətçəkən detallar da sezdim. Onları sadalayıram:
– AFFA prezidenti Rövşən Nəcəf sıravidir. O, futbolu səmimi sevir. İzlədiyi bütün oyunlardan sonra meydançaya daxil olub futbolçularımızla təmas qurdu: qələbədə təbrik, məğlubiyyətdə təsəlli… Fikrimcə, belə rəhbərlə əvvəlkilərə nisbətən futbolumuzu inkişaf etdirmək baxımından daha çox cəhdlər etmək olar.
– Festivalboyu göründü ki, indiki AFFA isteblişmentində sistematik fəaliyyət zəifdir və bu boşluğu keçmiş rəhbərlik sezib, vəziyyətdən hiyləgər üsullarla yararlanmağa cəhd edir. Eks baş katib bəzi məqamlarda hətta “reklam edildi”. Əvvəllər çəkingənliklə tərpənən “drujina” indi bir neçə daha əmin addımlar atdı.
– AFFA-nın hazırkı idarəetmə aparatının koordinasiya xaosu keçmişlərçün daha geniş meydan açacaq. Bu boşluq həll edilməsə, vəziyyət cilovlanmasa, pis olacaq. 15 il futbolumuzun başına “turp əkmiş” elxanilər fəsiləsi siraətetmə və sızma bacarıqları sayəsində “heç nə olmamış kimi” davranmağa başlayacaq.
– Bütün qeyd olunan nüansları qabartmaq səbəbi birdir: ölkə futbolu inkişaf etmir, heç yerində də saymır, geriləyir… Və indiki AFFA rəhbərliyi özünü bütövləşdirməyi və “monoetnik” olmağı bacarmasa, babalı “sərvərin boynuna”. Biz situasiyanı aydın “oxuyuruq” və qeyd edirik. Lazımlı addımlar atmaq sizin boynunuza, hörmətli Rövşən Nəcəf, Balakişi Qasımov, Cahangir Fərəcullayev, Sərxan Hacıyev və s.
Doğrudan da “mənzərəni” görmürsünüzsə, təcili ayılmaq və ciddi müdaxilələr etmək vaxtıdır.
Bizimçün kabinet oyunları və onun nəticələri maraqlı deyil. Zəhmət olmasa, vəzifənizə sahib çıxın, idarə edin, qərarlarınızla tərpəniş yaradın. İnkişaf haqda pozitiv notlar görünmür…
Elçin Cəlilov
Baxış sayı:69
Bu xəbər 31 Oktyabr 2026 11:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















