Ata oğul səhnəsi futbolu silkələdi: Van Persinin oğlu iki dəqiqəyə dubla imza atdı VİDEO
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Niderlandın “Feyenoord” klubunun baş məşqçisi Robin van Persi Erediviziyada 19 yaşlı oğlu Şakil van Persini meydana buraxıb və bu qərar oyunun ən yaddaqalan anına çevrilib.
İdman.Biz xəbər verir ki, gənc hücumçu peşəkar futbolda ilk qollarını məhz bu matçda vurub. “Sparta” ilə qarşılaşmada hesab 1:3 olarkən oyuna daxil olan Şakil van Persi cəmi iki dəqiqə ərzində dubla imza ataraq nəticəni 3:3 edib. Atasının tribunadan izlədiyi görüşdə bu anlar stadionu ayağa qaldırıb.
Lakin dramatik dönüş qələbə ilə tamamlanmayıb. Matçın son dəqiqələrində “Sparta” həlledici qolu vuraraq 4:3 hesablı qələbəni əldə edib.
Bu məğlubiyyətdən sonra “Feyenoord” çempionatın lideri PSV-dən 16 xal geri qalıb və çempionluq mübarizəsində ciddi geriləmə yaşayıb. Bununla belə, ata və oğul arasında yaşanan bu emosional futbol hekayəsi azarkeşlər tərəfindən böyük rəğbətlə qarşılanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 18 Yanvar 2026 23:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















